
Fransanın "Milli Birlik" Partiyasının təsisçisi, 94 yaşlı Jan-Mari Le Pen ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə "Le Point" jurnalı yazır.
Siyasətçi ötən gün özünü pis hiss edib, sonra xəstəxanaya yerləşdirilib. Həkimlər onun halsızlığının ürək çatışmazlığından ola biləcəyini düşünürlər.
Keçən il Jan-Mari Le Pen artıq insult keçirərək xəstəxanaya yerləşdirilib.
Le Pen beş dəfə Fransa prezidentliyinə namizəd olub. O, 12 il əvvəl partiya rəhbərliyini qızı Marin Le Penə təhvil verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.