19-04-2023, 09:53 498

Mübariz Qurbanlı: “Məqsədli şəkildə dini zəmində yaradılmış münaqişələr beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır”

“Məqsədli şəkildə dini zəmində yaradılmış münaqişələr beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır”.

“Report” xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edib.

“Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinin hüquq bərabərliyini təmin edir. Ölkədə dini qurumların fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb”, - o, vurğulayıb.

Dövlət komitəsinin sədri bildirib ki, ölkədə müxtəlif dini etiqad mənsubları arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, həmçinin dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində dini maarifləndirmə işi aparılır.

Onun sözlərinə görə, müasir dövrdə dinin geosiyasi proseslərə təsirinin güclənməsi bir sıra səbəblərdən irəli gəlir:

“Belə ki, ölkələrin dini təhlükəsizliyinə təhdid yaratmaq istəyən dairələr dini-etnik xarakterli təxribatlar törətməyə çalışırlar. Onlar dini ayrı-seçkiliyə və ekstremizmə əl atmaqla din pərdəsi altında sabitliyi pozmağa cəhd göstərir, iddia edirlər ki, guya dinlərarası dialoq dini-mədəni kimliyə xələl gətirir. Təbii ki, bu cür mövqe ilə razılaşmaq mümkün deyil. Çünki bu yanaşma dini ekstremizmin və ksenofobiyanın güclənməsinə rəvac verir. Nəzərə alınmalıdır ki, bəşəriyyətin mütərəqqi inkişafını dini-etnik müxtəliflik olmadan və sivilizasiyalararası dialoqsuz təsəvvür etmək çox çətindir. Məqsədli şəkildə dini zəmində yaradılmış münaqişələr beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Dinlərarası dialoq cəmiyyətin harmonik inkişafı üçün zəmin yaradan meyarlar formalaşdırır, dini-mədəni dəyərlər arasında bağlılığı təmin edir”.

“Azərbaycan dövlətinin bu sahədə apardığı siyasət belə bir prinsipə əsaslanır ki, cəmiyyətin inkişafında dini-mədəni həmrəylik mühüm rol oynayır. Tarixi təcrübələr sübut edir ki, dini- mədəni həmrəylik dünyada dini zəmində münaqişələrin yaranması ehtimalını azaldır və yaxud onların zorakı vasitələrlə deyil, qarşılıqlı anlaşma yolu ilə həllində vacib rol oynayır. Müasir dövrdə dinlərarası dialoq həm də beynəlxalq münasibətlərə təsir göstərən ciddi faktorlardan biridir. Azərbaycan dövlətinin siyasətində dinlərarası dialoqun yalnız milli çərçivədə deyil, həm də beynəlxalq səviyyədə inkişafına böyük diqqət yetirilir. Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri modeli xalqımızın maraqlarını ifadə edərək demokratik prinsiplərə əsaslanır. Bu sahədə aparılan dövlət siyasətinin məqsəd və vəzifələri Azərbaycan Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Milli maraqlara əsaslanmaq rasionallıq və məqsədyönlülük dini sahədə dövlət siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdir. Azərbaycan dövləti regional və beynəlxalq səviyyələrdə dini təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü siyasət aparır. Vicdan azadlığının və dini müxtəlifliyin təmin olunması, dinlərarası dialoqun genişlənməsi və dini təhlükəsizliyə təhdidlərin qarşısının alınması nəticəsində ölkəmizdə dini sabitlik qorunur”, - M.Qurbanlı əlavə edib.

Paylaş

Xəbər lenti

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb Bu gün, 12:48 Cəbrayıla qayıdan sakinlərindən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 12:48 Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? Bu gün, 12:48 Bakıda ev tikintisi faciə ilə nəticələndi Bu gün, 12:48 Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq Bu gün, 12:48 "Bakıda bir ağac yetişdirmək uşaq böyütməkdən çətindir" - Paytaxtın yaşıllıq planı Bu gün, 11:48 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 11:48 Xınalıq ağ örpəyə büründü - Qarın hündürlüyü 20 santimetrə çatdı Bu gün, 11:48 Rusiya qüvvələri Donetskdə daha bir istiqamətdə irəliləyib Bu gün, 11:48 COP29 Sədrliyi Fici və Tuvaluda səfərdədir Bu gün, 11:48 Bakı-Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 10:48 Dünya bazarında neft ucuzlaşdı Bu gün, 10:48 Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq Bu gün, 10:48 Tramp: İran nüvə silahı yaratmaq planlarından imtina edib Bu gün, 10:48 Abşeronda binada PARTLAYIŞ: Bir nəfər yaralanıb Bu gün, 10:48 Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" Bu gün, 09:48 Azərbaycan millisi Litvanı Bakıda qəbul edəcək Bu gün, 09:48 Nazir bu müəllimləri təltif edildi - ADLAR Bu gün, 09:48 Elza Seyidcahan: İnsan necə "qudurarmış" Bu gün, 09:48 ABŞ iki İran diplomatını ölkədən çıxarıb Bu gün, 09:48 Zəfərə aparan yol: Talış-Suqovuşan əməliyyatı Bu gün, 00:48 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür Bu gün, 00:48 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür Bu gün, 00:48 Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi, qurumda yoxlamalar aparıldı Dünən, 23:48 Ermənistanın xarici işlər naziri sabah İrana səfər edəcək Dünən, 23:48 Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq Dünən, 23:48 Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər Dünən, 23:48 Ukraynada azərbaycanlı hərbçi həlak oldu Dünən, 23:48 Əziz Əlibəyli: "YAP Azərbaycanın siyasi tarixində mühüm rol oynayan əsas təşkilatdır" Dünən, 22:48 Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib Dünən, 22:48 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb Dünən, 22:48 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər Dünən, 22:48 "Turan Tovuz" yoldaşlıq oyununda "Fənərbağça"ya məğlub olub Dünən, 22:48 Yəmənin Hərbi Hava Qüvvələri Sənada husilərin iki raket qurğusunu məhv edib Dünən, 22:48 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 21:48 Bakıda ticarət mərkəzinin girişində aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı Dünən, 21:48 "Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filmi təqdim olunub Dünən, 21:48 "Turan Tovuz" və "Fənərbaxça" azarkeşlərindən anlamlı pankartlar Dünən, 21:48 Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb Dünən, 20:48 Politoloq: Heydər Əliyev Azərbaycan xalqının taleyini öz taleyi ilə bağlayırdı Dünən, 20:48 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib Dünən, 20:48 Azərbaycanın U-20 millisi Moldovaya uduzub Dünən, 20:48 Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Dünən, 19:48 Xankəndidə "Vətəndəsən" II Qarabağ Təhsil Forumu keçirilib Dünən, 19:48 Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb Dünən, 19:48 Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar Dünən, 19:48 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir" Dünən, 18:48 Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR