21-04-2023, 23:32 499

KİV: “MKİ-də seksual zorakılıq iddiaları ilə bağlı araşdırma aparılır”

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən kəşfiyyat xidmətinin sıralarında qısnama və cinsi zorakılıq xəbərlərinə reaksiya prosedurunun mümkün pozulmasını araşdırır.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.

Nəşrin yazdığına görə, yanvar ayından bəri MKİ-nin azı üç qadın işçisi komitəyə müraciət edərək qurumun qadın işçilərini qısnama şikayətləri vermək fikrindən daşındırdığını iddia edib. İstintaq MKİ əməkdaşının yanvar ayında həmkarının onu “fiziki zorakılığa” məruz qoyduğunu və dəfələrlə zorla öpməyə çalışdığını iddia edərək komitəyə müraciət etdikdən sonra başlayıb. Qadın yerli hüquq-mühafizə orqanlarına şikayət edib, olay barədə MKİ-nin bir neçə şöbəsinə bildirib, lakin heç nə edilməyib.

Qurumun əməkdaşının sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin təhlükəsizlik xidmətinin nümayəndələri ona bildiriblər ki, baş verənlər barədə məlumat versə, bu onun idarədəki karyerasına son qoya bilər. MKİ əməkdaşının vəkili Kevin Kerroll nəşrə deyib ki, idarə Konqresə müraciət etmək istəyən qadınları fəsadlarla hədələyib. Bununla belə, MKİ-nin sözçüsü qəzetə açıqlayıb ki, qurumun qadınların Konqreslə əlaqə saxlamasına mane olmağa çalışması barədə fikirlər “gerçəyi yansıtmır”: “Biz heç kimi təhdid etməmişik və heç kimə müdaxilə etməmişik”.

Konqresə müraciət edən ilk işçinin vəkili onu da qeyd edib ki, müştərisinin sözlərinə görə, son 10 ildə MKİ-də 54 qadın cinsi zorakılığın və ya həmkarları tərəfindən uyğunsuz davranışın qurbanı olduqlarını bildiriblər, ancaq onların işləri lazımi qaydada aparılmayıb.

Komitənin sədri Mayk Törner (Ohayo ştatı, respublikaçı) və komitə üzvü Jim Hayms (Konnektikut ştatı, demokrat) keçən həftə MKİ direktoru Uilyam Börnsə məktub göndəriblər. Onlar idarə rəisindən işçilərinin nədən şikayətləndiyini aydınlaşdırmasını istəyiblər. MKİ-nin yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, Börns 24 saat içində məktuba cavab verib və Konqreslə əməkdaşlıq edəcəyinə söz verib.

İdarənin sözçüsü Temmi Kupperman Torp şərh sorğusuna cavab olaraq qəzetə bildirib ki, onun qurumu “cinsi hücum və qısnamaya qarşı dözümsüzdür”. Onun sözlərinə görə, direktor və MKİ ali rəhbərliyinin nümayəndələri “narahatlıqlarını anlamaq və təcili tədbirlər görmək üçün zabitlərlə görüşüblər”. O həmçinin söyləyib ki, MKİ “cinsi zorakılıqdan sağ çıxanlarla yaxından işləmək üçün” şöbə yaradıb və orada bu cür problemlərə “bütün ciddiliklə” yanaşılır. Konqres komitəsinin təhqiqatına toxunan Torp vurğulayıb ki, agentlik “onu dəstəkləməyə hazırdır” və “komitəni işin gedişatı barədə bilgiləndirmək” niyyətindədir.

Paylaş

Xəbər lenti

Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR