
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərli vəfat edib.
41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyub.
Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepressant aşkar edilib. Məlum olub ki, Emil İsgəndərli qutulardakı dərmanların hamısını qəbul edərək intihar edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E.İsgəndərli 1981-ci il noyabrın 18-də anadan olub. Əhəmənilər dövrü arxeologiyası üzrə mütəxəssis Bakı Dövlət Universitetini bitirib
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.