
Türkiyənin Trabzon şəhərinin Akçaabat rayonunda axşam saatlarında bələdiyyə avtobusu idarəetmədən çıxaraq aşıb.
“AVESTA.AZ” “Haber Global”a istinadən xəbər verir ki, yol qəzası nəticəsində biri uşaq olmaqla 4 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.
Yaralılar xəstəxanalara yerləşdirilib. Qəzanın başvermə səbəbi araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.