9-05-2023, 20:03 755

Dövlət Komitəsində Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Diasporla İş üzrə Dövlət Komitəsində müasir Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdən öncə Ümummilli Liderin Diasporla İş üzrə Dövlət Komitəsinin binasının girişindəki büstü ziyarət olunub.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantını açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ulu Öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, eyni zamanda Azərbaycan diasporunun formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, dahi şəxsiyyətin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın, mədəniyyət paytaxtımız Şuşa şəhərinin işğaldan azad edilməsi vəsiyyətini yerinə yetirib.

Komitə sədri nəzərə çatdırıb ki, dövlət başçısının tapşırıqları, Heydər Əliyev Fondunun dəstəyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli-mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bu sistemli fəaliyyətin nəticəsi Vətən müharibəsi dövründə də ciddi şəkildə özünü göstərib.

Tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın diaspor quruculuğu siyasətindən bəhs edən sənədli film və xüsusi buraxılış kimi nəsr olunan jurnal, eyni zamanda dahi şəxsiyyətin ölçüyəgəlməz fəaliyyətini əks etdirən kitablar təqdim olunub. Qeyd edək ki, həmin kitablar Komitənin dəstəyi ilə yerli və xarici nəşriyyatlarda çap olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov Azərbaycanın ikinci müstəqilliyinin qorunub saxlanılmasında və diaspor quruculuğunda Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib, onu dünya azərbaycanlılarının müəllimi adlandırıb, xalqımızın böyük oğlu ilə bağlı xatirələrini bölüşüb.

Milli təhlükəsizlik üzrə ekspert Seymur Şeydayev Azərbaycan təhlükəsizlik orqanlarının inkişafında və sovet dövründə azərbaycanlı dissidentlərin həbsdən xilas olmasında ulu öndərin rolundan söz açıb.

Tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə güneyli mühacirlərə diqqət və qayğısından, müstəqil Azərbaycanın Prezidenti kimi xarici səfərləri zamanı Güney Azərbaycandan olan soydaşlarımızla görüşlərindən bəhs edib.

Çıxış edən diaspor nümayəndələri xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığının əsasında Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının dayandığını vurğulayıblar. Görkəmli dövlət xadiminə sonsuz sevgi, sayğı və ehtiramlarını ifadə edən tədbir iştirakçıları nəzərə çatdırıblar ki, Azərbaycanın qüdrətlənməsində, xalqımızın bütövləşməsində əvəzsiz xidmətləri olan, diasporumuzun formalaşması, dövlətin qüdrətinin həm də diaspor və lobbinin gücü ilə ölçülməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayan Heydər Əliyev əbədi olaraq tarixin ən uca zirvəsində yaşayacaq.

Paylaş

Xəbər lenti

Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR