12-05-2023, 18:28 1117

Report Media Məktəbində 13-cü qrupun təlim proqramı yekunlaşıb

"AVESTA.AZ" İnformasiya Agentliyində fəaliyyət göstərən AVESTA.AZ Media Məktəbinin sayca 13-cü qrupunun təlim proqramı yekunlaşıb, məzunlara sertifikat təqdim edilib.

Agentlikdə jurnalistika peşəsinin sirlərini öyrənən, xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, monitorinq və sorğulara qoşulan 9 jurnalistə sertifikat təqdim edilib.

Məzunlarla görüşə gələn “AVESTA.AZ” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev təlim prosesini xüsusi diqqətdə saxladığını qeyd edib:

“Bu qrupun işləri və hazırladığı xəbərlərlə daha sıx məşğul olmuşuq. Təlim iştirakçılarının başlanğıcda buraxdığı səhvlərin sonradan tədricən azaldığı dəqiq görünüb. Təlim prosesinə agentliyin bütün redaktorları cəlb olundu. Onlardan gələn tapşırıqların da yerinə yetirilməsində xeyli uğur əldə edə bilmisiniz. Düşünürəm, təlimlər sizə faydalı olub”.

Fuad Hüseynəliyev
Fuad Hüseynəliyev

"AVESTA.AZ" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev proqramın iştirakçıları ilə görüşdə bildirib ki, hər gənc jurnalist peşəni yalnız media mühitində mənimsəyə bilər:

“AVESTA.AZ Media Məktəbinin məzunları arasında gələcəyin xeyli uğurlu jurnalistinin olacağını düşünürəm. Hər biriniz qazanılan biliyi daha da təkmilləşdirməyə can atmalısınız. Burada öyrənilən xəbər yazılışını mütləq praktikada tətbiq etməyiniz gərəkdir”.

 Murad Əliyev
Murad Əliyev

AVESTA.AZ Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu tətbiq edilən hər bir yeniliyin xəbər hazırlanmasına yaxşı təsir etdiyini vurğulayıb:

“Tədrisin keyfiyyətini artırmaq məqsədilə “AVESTA.AZ”un bir sıra aparıcı jurnalistləri tələbələrlə görüşə gəliblər. Baş redaktor Murad Əliyev, baş redaktorun müavini Pərvin Abbasov, idman şöbəsinin redaktoru Zaur Xudiyev, iqtisadiyyat şöbəsinin redaktoru Namiq Hüseynov, baş redaktorun müavini, multimedia şöbəsinin rəhbəri Cavid Osmanov, baş redaktorun iqtisadiyyat üzrə müavini İlahə Məmmədli və daxili siyasət şöbəsinin redaktoru İmdad Əlizadənin iştirakı ilə reallaşan təlimlər maraq doğurub. Hər təlimin sonunda qrup üzvləri redaktorlardan gələn tapşırıqların əsasında xəbər və ya süjet hazırlayıblar.

Effektivliyi artırmaq üçün həm də təlim müddətini bir qədər uzatmalı olmuşuq. Nəticədə müsbət tendensiya müşahidə edilib”.

İ.Rafiqoğlu təlim boyu bir sıra tədbir və görüşlərin keçirildiyini də vurğulayıb:

“Yazıçı-publisist, jurnalist Qurban Yaquboğlu, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli, Oxu.az saytının baş redaktoru Ülvi Səfərov, yazıçı, filosof-şərqşünas, psixoloq Rövşən Abdullaoğlu, jurnalist, teleaparıcı, natiqlik sənəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlu və tanınmış jurnalist, teleaparıcı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli ilə yaddaqalan görüşlər keçirilib.

Məzunlar həm qrup, həm də fərdi şəkildə bir sıra tədbirlərə, mətbuat konfranslarına qoşulublar”.

Qeyd edək ki, AVESTA.AZ Media Məktəbi 2018-ci ildən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək AVESTA.AZ Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Paylaş

Xəbər lenti

AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR