
Kolumbiyada 4,8 maqnitudalı zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə “Reuters”ə məlumat yayıb.
Zəlzələ paytaxt Boqotadan təxminən 75 kilometr cənub-şərqdə yerləşən Vilyavisensio yaxınlığında olub.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların ocağı 30 kilometr dərinlikdə yerləşib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.