
Sabirabadda, H.Əliyev prospektində avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində sürücü (şəxsiyyəti dəqiqləşdirilir - red) və sərnişin, Saatlı rayonunun Cəfərxan kənd sakini, 1971-ci il təvəllüdlü Ağamalıyeva Fəxrəndə Bəxtiyar qızı xəsarət alıblar.
F.Ağamalıyeva Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.