
İyunun 2-də saat 1:30 radələrində Quba rayonunda 1997-ci il təvəllüdlü Rəhmanov Rəhman Ceyhun oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan "AVESTA.AZ"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 1996-cı il təvəllüdlü Abbasov Murad Rza oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.