
Nəğməkar-şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb.
Avesta.az xəbər verir ki, yaxınlarının verdiyi xəbərə görə, hadisə səhər saatlarında Novxanı ərazisində baş verib.
C. Qurbanov övladları ilə birgə at çaparkən 20-dən çox itin hücumuna məruz qalıb.
Şair hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.
Həmin an övladları bir qədər aralı ərazidə olduqlarından xəsarət almayıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.