
"Mövsüm başa çatdı və biz ümidləri doğrultmadıq".
"AVESTA.AZ"un məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov şəxsi instaqram səhifəsində paylaşıb.
31 yaşlı yarımmüdafiəçi bildirib ki, "ağ-qaralar"ın azarkeşləri hər zaman daha yaxşı nəticələrə layiqdirlər: "Mövsüm boyu göstərdiyiniz dəstəyə görə təşəkkürlər".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasını 68 xalla 3-cü pillədə başa vuran "Neftçi" ölkə kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə uduzub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.