7-06-2023, 15:25 559

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası keçirilib

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir.

"AVESTA.AZ" xəbər verir ki, sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in Baş direktoru Jilbert Hunqbonun sessiyanın açılışında etdiyi məruzədəki məsələlərin aktuallığını qeyd edib.

Nazir mürəkkəb siyasi-iqtisadi proseslərin regional və qlobal miqyasda mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda yüksək inkişaf tempinin davam etdiyini, ölkədə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, habelə sosial sektorda həyata keçirilən böyük rəqəmsallaşma proqramının nəticələrini, artıq 140-dan çox sosial xidmətin elektronlaşdırıldığını diqqətə çatdırıb. DOST konsepsiyasının nailiyyətlərindən, "Əmək və Məşğulluq" altsisteminin mühüm faydalarından bəhs olunub. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri barədə məlumat verilib.

Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatının sədri olmaqla pandemiyaya qarşı mübarizədə qlobal səylərin güclənməsi üçün uğurlu təşəbbüslərindən bəhs olunub. COVID-19 pandemiyasından sonra üzv ölkələrdə səmərəli məşğulluq tədbirlərinin və xüsusən həssas qruplarla bağlı sosial müdafiənin gücləndirilməsinin, BƏT-lə sıx əməkdaşlığın önəmi vurğulanıb.

BƏT-in 111-ci sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası da keçirilib. İclasda BƏT-in Baş direktoru J.Hunqbo da iştirak edib.

İclasa sədrlik edən S.Babayev çıxışında ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı qlobal mübarizdə fəal iştirakını vurğulayıb. Ölkəmizin bu istiqamətdə uğurlu təşəbbüsləri, o cümlədən bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışı üçün qətnamələrin qəbulu ilə bağlı təşəbbüsləri qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşündə COVID-19-dan sonra Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin də irəli sürüldüyü, Azərbaycanın habelə Hərəkatın institusional inkişafına güclü dəstəyi, bütün bu addımların Hərəkatın beynəlxalq nüfuzunu xeyli gücləndirdiyi vurğulanıb.

Ölkəmizdə son 5 ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketinin icra edildiyi, əməkhaqqı və digər sosial ödənişlərdəki ciddi artımlar, bu islahatlar üzrə illik 6,8 milyard manat əlavə vəsait ayrıldığı, əmək bazarında sabitliyin mövcud olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən BƏT-in “Kənd təsərrüfatında təhlükəsizlik və sağlamlıq haqqında” 184 nömrəli və “Əməyin mühafizəsi və sağlamlığının təşviqi çərçivələri haqqında” 187 nömrəli Konvensiyalarının da ratifikasiyası imkanlarının qiymətləndirilməsi işləri aparıldığı vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs olunub. Azərbaycanın doqquz şəhəri və yüzlərlə kəndinin Ermənistanın işğalı altında olarkən tamamilə dağıdıldığı qeyd olunub.

Bildirilib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisi minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir. İkinci Qarabağ müharibəsindən sonra mina terroru nəticəsində 302 nəfər Azərbaycan vətəndaşı həyatını itirib və ya yaralanıb. Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesinə və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına mane olur. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə minalardan təmizləmə səyləri arasında birbaşa əlaqə var və Azərbaycan minatəmizləmə üzrə 18-ci DİM-in işə salınması təşəbbüsünü fəal şəkildə təbliğ edir.

İclasda Qoşulmama Hərəkatına üzv ölkələrdə əmək və məşğulluq məsələlərinə dair müzakirələr aparılıb və Hərəkatın əmək nazirlərinin Bəyannaməsi qəbul olunub.

Paylaş

Xəbər lenti

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb Bu gün, 10:48 Qubadlıda yeni yaşayış məhəlləsi tikiləcək – 36,2 milyonluq LAYİHƏ Bu gün, 10:48 Azərbaycanda analarının soyadını götürən uşaqların sayı AÇIQLANDI Bu gün, 10:48 Bakıda qəzaların sayını belə azaltmaq olar - YENİ TƏKLİF Bu gün, 10:48 Yevlaxda avtomobil qəzası olub, 10 yaşlı qız ölüb Bu gün, 10:48 Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları saxlanılıb Bu gün, 10:48 Zelenski: Ukrayna silah ixracına başlayacaq Bu gün, 10:48 Arzu Əliyeva Şəki səfərindən paylaşım edib Bu gün, 10:48 Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 10:48 "Daha da yaxşı işləyəcəyəm" - Məzahir Pənahov Bu gün, 10:48 Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil" Bu gün, 10:48 Məşhur ticarət mərkəzi BAĞLANIR? Bu gün, 09:48 Bu gün Bakının iki rayonunda qaz kəsiləcək Bu gün, 09:48 "Prezident Kuboku 2026": Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Atletiko" Madriddə "Arsenal" ilə qarşılaşacaq Bu gün, 09:48 Ebru Gündeşin estetik əməliyyatının qiyməti hamını şoka saldı Bu gün, 09:48 17-22 may tarixlərində Bakı Metrosunun iş rejimi dəyişəcək Bu gün, 09:48 "PSJ" öz meydanında "Bavariya"nı məğlub edib Bu gün, 08:48 Bakıda evdə YANĞIN: Mənzilin sahibi həyatını itirdi Bu gün, 08:48 Gürcüstanda 10 yaşlı azərbaycanlını maşın vurub öldürdü Bu gün, 08:48 Tovuzda avtomobil divara çırpılıb, üç nəfər xəsarət alıb Bu gün, 08:48 Cərimə hesabına qəzaları azaltmaq mümkündür? Bu gün, 08:48 Qızıl mədənində çalışan işçilərin MAAŞ PROBLEMİ: Ödənişlər niyə yubadılır? Bu gün, 00:48 Metalların qiymətləri rekord bahalaşacaq - SƏBƏB Dünən, 23:48 Kombilərlə bağlı MƏHDUDİYYƏTİN SƏBƏBİ: Yeni qayda mənzil qiymətlərini artıracaq? Dünən, 23:48 Ürək döyüntülərinin artması, əllərin əsməsi və ... - Həkimdən XƏBƏRDARLIQ Dünən, 23:48 İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib Dünən, 23:48 Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib Dünən, 23:48 Azərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib Dünən, 23:48 Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib Dünən, 22:48 KİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib Dünən, 22:48 Kirayə mənzillərlə bağlı VACİB AÇIQLAMA - Qiymətlər... Dünən, 22:48 "Haber Global": "Bakı BMT-nin nüfuzlu tədbirinə ev sahibliyi edəcək" Dünən, 22:48 BƏƏ OPEC-dən çıxdıqdan sonra da tərəfdaşları ilə əməkdaşlığı gücləndirəcək Dünən, 22:48 İsrail HƏMAS komandirini öldürdü Dünən, 21:48 İran ordusunun generalı: ABŞ quru əməliyyatına cürət etməyib Dünən, 21:48 İran sülh sazişinin yenidən baxılmış variantını təqdim edə bilər Dünən, 21:48 Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər Dünən, 21:48 "Real Madrid" onunla müqaviləni uzatmaq istəyir Dünən, 21:48 Toyuq paketlərindəki gizli TƏHLÜKƏ Dünən, 21:48 Avropadakı diaspor təşkilatları Mamdaninin Azərbaycana əsassız ittihamı ilə bağlı bəyanat yayıb Dünən, 20:48 Leyla Əliyeva Qəbələdən ailəvi foto paylaşdı Dünən, 20:48 Öd kisəsi ilə bağlı yayılan 4 yanlış fikir – həkimlər xəbərdarlıq edir Dünən, 20:48 SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirib Dünən, 20:48 Azərbaycan gömrüyü mal və nəqliyyat vasitəsinin yoxlanılması aktını iki iş gününə təqdim edə bilər Dünən, 19:49 Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Dünən, 19:49 Tramp: "İran bizdən Hörmüz boğazını tezliklə açmağımızı istəyir" Dünən, 19:48 EBRD və Azərbaycanın Energetika Nazirliyi strateji "yol xəritəsi" üzrə əməkdaşlıq edir Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR