
Mikroçip istehsalçısı kimi tanınan “Nvidia” korporasiyasının kapitallaşması ilk dəfə olaraq bir trilyon dolları ötüb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Nyu-York Fond Birjasının məlumatlarında bildirilir.
“Nvidia” hazırda bu kapitalı keçən yeddinci Amerika şirkəti olub. Əvvəllər bu göstəriciyə “Apple”, “Microsoft”, “Alphabet”, “Amazon”, “Tesla”, “Meta” şirkətləri nail olub.
Belə ki, süni intellektə marağın artması fonunda “Nvidia” səhmlərinin dəyəri ilin əvvəlindən 180 faizdən çox artıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.