16-06-2023, 22:35 726

Azərbaycanda inflyasiyanın yayın sonuna qədər hədəf səviyyəyə düşəcəyi gözlənilir

Rusiya “Qazprombank”ı iyul-avqust aylarında inflyasiyanın Azərbaycan Mərkəzi Bankının hədəf dəhlizinə (4% +/-2 faiz bəndi) yaxın səviyyəyə qədər yavaşlamasını gözləyir.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin rəis müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina bildirib.

Onun sözlərinə görə, Azərbaycanda inflyasiya hələ də AMB-nin hədəf dəhlizindən kənarda qalır, onun yuxarı həddini 550 baza bəndi, yenidən maliyyələşdirmə dərəcəsini isə 250 baza bəndi üstələyir.

“May ayında inflyasiya yenidən illik hesablamada 11,5%-ə qədər azalaraq aprel ayı ilə müqayisədə 1,3 faiz bəndi azalıb. Ötən ay inflyasiyanın azalması bütün seqmentlərdə - ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər üzrə müşahidə olunur. Ərzaq inflyasiyası illik hesablamada 12,7%-ə qədər düşüb, aprel ayına nisbətən 2,47 faiz bəndi azalıb. Ət, qarabaşaq yarması, yumurta, çörək, günəbaxan və qarğıdalı yağı, eləcə də meyvə-tərəvəz məhsullarının qiymət artımında daha yavaş artım müşahidə olunub.

Qeyri-ərzaq seqmentində inflyasiya may ayında yavaşlamağa davam edib və taxta-şalban, kağız və noutbukların qiymətlərində yavaş artım fonunda illik 10,7% (ay ərzində 0,6 faiz bəndi azalıb) təşkil edib. Eyni zamanda, ayaqqabıların, soyuducuların, kondisionerlərin və velosipedlərin qiymətlərində artım sürətlənməkdə davam edib ki, bu da güman ki, yayda müəyyən növ mallara tələbatın artması ilə əlaqədardır.

Xidmətlər seqmentində artım 0,2 faiz azalıb və illik 10,5%-ə düşüb. Eyni zamanda, kirayə evlər, məişət texnikası və mənzillərin təmiri, eləcə də ictimai iaşə və kosmetika xidmətlərinin qiymətlərinin davamlı artması ilə azalma tendensiyası müəyyən qədər yumşaldılıb”, - G.Xaydarşina bildirib.

O xatırladıb ki, Mərkəzi Bank may iclasında fiskal stimullaşdırmanın dəstəyi, daxili bazara valyuta axını və yüksək kredit aktivliyi fonunda məcmu tələbin genişlənməsini inflyasiya amillərindən biri kimi qeyd edib. AMB-nin məlumatına görə, yanvar-aprel aylarında həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı keçirilən valyuta hərraclarında təklif tələbi 97% üstələyib. Qeyri-neft-qaz sektorunda artımın əlavə tətikləyicisi kimi (yanvar-may aylarında artım illik müqayisədə 4% təşkil edib) Mərkəzi Bank dördüncü sosial islahatlar paketinin həyata keçirilməsini xüsusi qeyd edib.

“Stimullaşdırıcı fiskal siyasət fonunda pandemiyanın başlanğıcından bu yana manatla ifadə olunan pul kütləsi 1,8 dəfə artaraq ÜDM-in 20%-ni ötüb. Pul kütləsinin artımı illik müqayisədə əhəmiyyətli olaraq qalaraq 24,7% təşkil edib. Qeyd edək ki, bu ilin kəsir büdcəsi gəlirlərin və xərclərin artırılması istiqamətində bütün son düzəlişlər nəzərə alınmaqla ÜDM-in 2,5%-i səviyyəsində (keçən il ÜDM-in 1%-i idi) planlaşdırılır. Bu, pul kütləsinin daha da artmasına gətirib çıxara və AMB-ni izafi likvidliyin aradan qaldırılmasına yönəlmiş əməliyyatları aktivləşdirməyə sövq edə bilər”, - “Qazprombank”ın baş iqtisadçısı bildirib.

Paylaş

Xəbər lenti

"Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR