
Pakistan soyuq müharibənin təkrarlanmasını istəmir və bütün ölkələrlə qarşılıqlı faydalı əlaqələr qurmağı hədəfləyir.
"AVESTA.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Biləval Bhutto-Zərdari İslamabad Strateji Araşdırmalar İnstitutunun yaradılmasının 50 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
"Hərbi ittifaqlar qurmaq dəhşətli nəticələrə səbəb ola bilər. Beynəlxalq münasibətlər qarşıdurma deyil, əməkdaşlıq əsasında olmalıdır", - nazir bildirib.
Zərdari qeyd edib ki, Pakistan bu kontekstdə bütün dövlətlərlə, o cümlədən Rusiya, Çin, ABŞ, Afrika ölkələri, Yaxın Şərq, Avropa və Cənub-Şərqi Asiya ilə yaxşı münasibətləri inkişaf etdirməyi hədəfləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.