
Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunun Mehdiabad qəsəbəsinə giriş hissəsində asfalt-beton örtüyünün yenilənməsi işləri icra olunur.
Bu barədə "AVESTA.AZ"a AAYDA-dan bildirilib.
Qeyd olunub ki, bununla əlaqədar bu gün gecə saatlarından başlayaraq səhər saatlarınadək sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - məlumatda deyilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.