
Pakistanda iqtisadi böhrana qarşı “az çay” çağırışı edilib.
Avesta.az xəbər verir ki, Pakistanın Planlaşdırma və İnkişaf naziri Ahsan İqbal yüksək idxal xərclərini azaltmaq üçün ictimaiyyəti çay istehlakını azaltmağa çağırıb:
“İnsanlarımızı gündəlik çay istehlakını bir-iki stəkan azaltmağa çağırıram, çünki biz çayı borcla alırıq”.
Pakistan dünyanın ən böyük çay müştərisidir.
Keçən il çay idxalı 600 milyon dollardan çox olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.