24-06-2023, 18:30 781

​Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə "AVESTA.AZ"a Azərbaycan Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, səfərin məqsədi ÜƏMT üzv-dövlətləri Assambleyasının bu il 6-14 iyul tarixlərində Cenevrə şəhərində keçiriləcək 64-cü iclasları ərəfəsində əqli mülkiyyət sahəsində ölkəmizdə görülən işlərlə tanışlıq, xüsusən Azərbaycan Prezidentinin uğurla həyata keçirdiyi institusional islahatlar çərçivəsində yaradılan əqli mülkiyyətin hər iki qolunu (müəlliflik hüququ və sənaye mülkiyyəti hüququ) birləşdirən vahid qurumun - Əqli Mülkiyyət Agentliyinin təcrübəsinin öyrənilməsi, Azərbaycana məxsus coğrafi göstəricilərin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizə aid coğrafi göstəricilərin qeydiyyatı və onların beynəlxalq miqyasda tanınmasına dəstək göstərilməsi, habelə əqli mülkiyyətlə bağlı digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinə dair müzakirələrin aparılmasından ibarətdir.

Səfər çərçivəsində iyunun 24-də “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyətofislərinin təkamülü və mütəxəssislərinhazırlanması” mövzusunda “Dəyirmi masa” keçirilib.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və ÜƏMT-nın Baş direktorunun müavini Hasan Kleyb çıxış ediblər.

Dəyirmi masada K.İmanovun “Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması” mövzusunda məruzəsi təqdim edilib. Daha sonra mövzu ətrafında müzakirələr keçirilib.

Təhsil naziri Emin Əmrullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov həmçinin tədbirdə iştirak edən bir sıra Ali tətsil ocaqlarının rəhbərləri tədbirin əhəmiyyətini qeyd edərək Əqli Mülkiyyət Agentliyinin çox şaxəli fəaliyyətini və beynəlxalq təşkilatlarla əlaqəsini yüksək qiymətləndirdilər.

Səfər çərçivəsində ÜƏMT-nin nümayəndə heyəti Baş nazirin müavini Əli Əhmədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici İşlər Naziri Ceyhun Bayramov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovla görüşləri olub. Tədbirlər barədə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, ÜƏMT Birləşmiş Millətlər Təşkilatının əqli mülkiyyət sahəsində ixtisaslaşmış qurumudur. 193 dövləti birləşdirən bu nüfuzlu beynəlxalq təşkilat yaradıcılığı təşviq edir, ədəbi-bədii əsərlərin və sənaye mülkiyyəti obyektlərinin bütün növlərinin qorunması sahəsində üzv dövlətlərin səylərini birləşdirir və əqli mülkiyyətin inkişafına böyük dəstək verir.

Azərbaycan 1995-ci ildən ÜƏMT-nın üzvüdür. Əqli Mülkiyyət Agentliyi ilə bu beynəlxalq qurum arasında geniş əməkdaşlıq həyata keçirilir.

Paylaş

Xəbər lenti

Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək Bu gün, 20:48 ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb Bu gün, 20:48 Bərdədə 17 yaşlı oğlanın meyiti evdə tapıldı Bu gün, 20:48 Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb Bu gün, 20:48 Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı Bu gün, 19:48 Lənkəranda qeyri-sabit hava şəraiti sitrus meyvə bağlarına ciddi ziyan vurub Bu gün, 19:48 Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar Bu gün, 19:48 Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb Bu gün, 19:48 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib Bu gün, 19:48 Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə Bu gün, 18:48 Ötən gün itkin düşən 10 nəfər tapılıb Bu gün, 18:48 Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb Bu gün, 18:48 NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı Bu gün, 18:48 Kişi fanatının bu addımı müğənnini şoka saldı Bu gün, 18:48 Fəxri idman işçisi vəfat etdi Bu gün, 18:48 Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb Bu gün, 18:48 Arvadını döydü, hotelə aparıb "TikTok"da canlı yayım açdırdı Bu gün, 18:48 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq Bu gün, 17:48 David De Xea "Fiorentina"dan ayrıla bilər Bu gün, 17:48 Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir Bu gün, 17:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "LANDAU Lions"u məğlub edib Bu gün, 17:48 Şuşada kişi araq almağa pul verməyən arvadını döydü Bu gün, 17:48 Qızılın saxta olub-olmadığını necə yoxlayaq? Bu gün, 16:48 Bağlanan banklara borcu olanlara xəbərdarlıq Bu gün, 16:48 Azərbaycanda "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir Bu gün, 16:48 XİN: Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq Bu gün, 16:48 Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb Bu gün, 16:48 Bəzi hərbçilər cərimələnəcəklər Bu gün, 15:48 Moped və velosiped sürənlərə XƏBƏRDARLIQ Bu gün, 15:48 Gəncədə "BakuBus"un avtobusu qəza törətdi Bu gün, 15:48 "Yeraltı"nın eşq yaşayan aktyorları ilk dəfə birlikdə görüntüləndilər Bu gün, 15:48 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? Bu gün, 15:48 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü Bu gün, 15:48 "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü Bu gün, 14:49 Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi Bu gün, 14:49 Maştağada avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 14:49 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək Bu gün, 14:48 Xalq artisti Röya Ayxandan qeyri-adi obraz... Bu gün, 14:48 Tennis üzrə ölkə birinciliyinə yekun vurulub! Bu gün, 14:48 Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir" Bu gün, 14:48 Flora Kərimova oğlu və qızı ilə Bu gün, 14:48 Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb Bu gün, 14:48 Bərdədə 17 yaşlı gənc ağır qəza törətdi Bu gün, 14:48 Noyabrın ilk günü hava necə olacaq? Bu gün, 13:48 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib Bu gün, 13:48 Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında Bu gün, 13:48 ADY: Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır Bu gün, 13:48 Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR