
Göyçayda rayonunda avtomobil aşıb, yaralılar var.
"AVESTA.AZ"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə bu gün saat 16:00 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-21011" markalı minik avtomobili anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 1995-ci il təvəllüdlü Allahverdiyev İlqar Elxan oğlu və 2001-ci il təvəllüdlü Həşimov Sarvan Sübhan oğlu xəsarət alıb.
Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.