4-07-2023, 09:50 505

Məşhur fransız fotoqraf Laçın və Naxçıvana səfər edib

Məşhur fransız fotoqraf, yazıçı, rejissor Qreqori Herpe Azərbaycana səfəri çərçivəsində Laçın və Naxçıvan şəhərlərində olub.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan səfər yenidən qurulan Laçın şəhərindən başlayıb.

Azərbaycan dövləti tərəfindən qısa müddət ərzində Laçın şəhərində aparılan bərpa və quruculuq işlərini möhtəşəm layihə adlandıran Qreqori Herpe yenilənmiş Laçında gördüklərindən çox təsirləndiyini və heyrətləndiyini etiraf edib. Əhalinin Laçına qayıdışını, həyatın burada canlandığını vurğulayıb, şəhərin tezliklə müxtəlif beynəlxalq festivallara və tədbirlərə ev sahibliyi edəcəyinin mümkün olduğunu söyləyib.

Sonra fotoqraf Naxçıvan şəhərinə yola düşüb. Azərbaycanın qədim şəhərindəki “Naxçıvanqala”, Nuh türbəsi, “Əshabi-kəhf”, Gəmiqaya, Əlincə qalası, Möminə xatun türbəsi, Heydər Əliyev adına məscid, Heydər Əliyev muzeyi kimi tarixi, mədəni, dini abidələrlə tanış olub və xatirə kitablarına ürək sözlərini yazıb. Fotoqraf məşhur Batabat gölünü və “Duzdağ” fizioterapiya mərkəzini də lentə alıb.

Qreqori Herpe bu səfərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Qonağı səfərdə Paris Azərbaycan Evi Təşkilatının sədr müavini, Fransada Azərbaycanın Dostları Assosiasiyasının layihə rəhbəri Mehri Quliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Arif Abbasov və Aydın Mahmudov müşayiət ediblər.

Qeyd edək ki, bundan öncə fransız fotoqraf Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə 2021 və 2022-ci illərdə Qarabağda səfərdə olub. Səfərlər zamanı Ermənistanın otuzillik işğalı nəticəsində dağıdılmış tarixi və mədəni irs nümunələrimizi, Azərbaycan tərəfinin apardığı bərpa-quruculuq və minatəmizləmə işlərini lentə alıb.

Həmin fotoşəkillər Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Qarabağ: sülh dövründə” və Avropa Parlamentinin Altiero Spinelli binasında “Qarabağ müharibədən sonra” adlı sərgilərdə nümayiş etdirilib.

Xatırladaq ki, dünya təsviri incəsənətinin müasir nümayəndələrindən biri olan fotoqraf 25 fevral 1969-cu ildə Fransada anadan olub. Nyu-Yorkda “Polaris Images” və Honq Konqda “Sopa Images” mətbuat agentliklərində fotomüxbir kimi çalışır. Vaxtilə Fransa və İngiltərə KİV-lərində jurnalist və baş redaktor işləyib. Hazırda Fransadakı bir sıra qeyri-hökumət təşkilatları ilə mütəmadi olaraq əməkdaşlıq edir. Fotoəsərləri Paris, Kann, Barselona, Bristol, Boston, San Dieqo, Sürix, Afina və Strasburq və sair şəhərlərdə nümayiş etdirilib. Bir sıra nüfuzlu büynəlxalq mükafatların laureatıdır.

Aktyor, rejissor və yazar kimi Avropada teatr tamaşalarının quruluşçu rejissoru olub, Fransa və Kanadada çoxsaylı ədəbi əsərlər nəşr etdirib.

2019-cu ildə Azərbaycanda olarkən fotoqraf paytaxtımız haqqında xoş təəssüratlarını “British edition of London Street Art Design” jurnalında bölüşüb: “Memarlıq və dizayn həvəskarısınızsa, Bakı sizin üçün lazımı yerdir. Bu qədim şəhərin içindən keçəndə bir çox memarlıq üslubuna vurulursan”.

Eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləyən fikirlər və yazılarla çıxış edib.

Paylaş

Xəbər lenti

Bakı-Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 10:48 Dünya bazarında neft ucuzlaşdı Bu gün, 10:48 Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq Bu gün, 10:48 Tramp: İran nüvə silahı yaratmaq planlarından imtina edib Bu gün, 10:48 Abşeronda binada PARTLAYIŞ: Bir nəfər yaralanıb Bu gün, 10:48 Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" Bu gün, 09:48 Azərbaycan millisi Litvanı Bakıda qəbul edəcək Bu gün, 09:48 Nazir bu müəllimləri təltif edildi - ADLAR Bu gün, 09:48 Elza Seyidcahan: İnsan necə "qudurarmış" Bu gün, 09:48 ABŞ iki İran diplomatını ölkədən çıxarıb Bu gün, 09:48 Zəfərə aparan yol: Talış-Suqovuşan əməliyyatı Bu gün, 00:48 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür Bu gün, 00:48 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür Bu gün, 00:48 Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi, qurumda yoxlamalar aparıldı Dünən, 23:48 Ermənistanın xarici işlər naziri sabah İrana səfər edəcək Dünən, 23:48 Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq Dünən, 23:48 Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər Dünən, 23:48 Ukraynada azərbaycanlı hərbçi həlak oldu Dünən, 23:48 Əziz Əlibəyli: "YAP Azərbaycanın siyasi tarixində mühüm rol oynayan əsas təşkilatdır" Dünən, 22:48 Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib Dünən, 22:48 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb Dünən, 22:48 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər Dünən, 22:48 "Turan Tovuz" yoldaşlıq oyununda "Fənərbağça"ya məğlub olub Dünən, 22:48 Yəmənin Hərbi Hava Qüvvələri Sənada husilərin iki raket qurğusunu məhv edib Dünən, 22:48 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 21:48 Bakıda ticarət mərkəzinin girişində aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı Dünən, 21:48 "Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filmi təqdim olunub Dünən, 21:48 "Turan Tovuz" və "Fənərbaxça" azarkeşlərindən anlamlı pankartlar Dünən, 21:48 Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb Dünən, 20:48 Politoloq: Heydər Əliyev Azərbaycan xalqının taleyini öz taleyi ilə bağlayırdı Dünən, 20:48 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib Dünən, 20:48 Azərbaycanın U-20 millisi Moldovaya uduzub Dünən, 20:48 Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Dünən, 19:48 Xankəndidə "Vətəndəsən" II Qarabağ Təhsil Forumu keçirilib Dünən, 19:48 Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb Dünən, 19:48 Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar Dünən, 19:48 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir" Dünən, 18:48 Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? Dünən, 18:48 Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib Dünən, 18:48 Rafinya Mbappeni geridə qoydu Dünən, 18:48 Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb Dünən, 18:48 Gənc oğlan hərbi xidmətdə olarkən virusa yoluxub? Dünən, 18:48 Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı Dünən, 18:48 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş Dünən, 17:48 Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA Dünən, 17:48 Dilarə Kazımova bu Əməkdar artistin repertuarından oxudu Dünən, 17:48 Azərbaycan Basketbol Liqası: "Gəncə" "Ordu"nu məğlub edib Dünən, 17:48 Milli Qəhrəman Yuri Kovalyovun məzarı ziyarət edildi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR