12-07-2023, 15:45 676

Tək Tanrıya məğlub olan Panteon ehtişamı: gündə 2 milyon avro atılan

Roma gəzintimin növbəti gününə elə şəhərin ikinci ən əhəmiyyətli simvolu olan Panteon məbədini ziyarətlə başladım. Qədim Roma dövründən günümüzədək qorunub saxlanan bu məbəd Kolizeydən cəmi 44 il sonra tikilib, yəni o da Kolizey kimi tarixin özüdür.

Yeddinci əsrə kimi bütün Tanrılara həsr olunan, yeddinci əsrdə isə təkallahlıq inancına məğlub olaraq xristian kilsəsinə çevrilən məbəd hazırda rəsmi olaraq Müqəddəs Məryəm və Şəhidlər Bazilikası adını daşıyır. Lakin bütün dünya onu Panteon olaraq tanıyır və ziyarət edir, bu ad isə onun ilkin mahiyyətini özündə ehtiva edir. Belə ki, “Pantheon” sözü yunanca “hamısı” mənasını verən “pan” və “tanrılar” mənasını verən “theos” sözlərindən əmələ gəlib. Yəni buraya yarandığı gündən Romanın bütün tanrılarının evi kimi yanaşılıb. Tarixən funksiyası dəyişdirilsə də, göründüyü kimi ad öz statusunu əsrlərdir qoruyur. Ümumiyyətlə, deyəsən, Panteon bütün gözəllikləri elə daxilində gizləyir. Çünki buranın çöldən görüntüsü qətiyyən Kolizey kimi əzəmətli və cazibədar deyil. Bura qübbəli damı olan dairəvi binadır. Ancaq qonaqları heç də Kolizeyinkindən az deyil. Şəhərin mərkəzində yerləşdiyi üçün insanlar dörd bir yandan buraya axın edirlər. Çünki kənardan çox sadə təsir bağışlayan bu günbəzin daxili görüntüsü onun dünyanın nadir memarlıq nümunələrindən olduğunu sübut edəcək qədər ecazkardır.

Bildirim ki, Panteon dünyanın ən böyük dəmir-beton günbəzinə sahibdir və bu günbəzin naxışları ilə digər elementləri olduqca unikaldır. Belə ki, günbəzin mərkəzində ən zirvədə göz formasında açıq hissə var ki, bu hissə təbii işığın içərini işıqlandırmasına imkan verir və bu, məbədlə göylər arasındakı əlaqəni təmsil edir. Praktiki olaraq göz həm də yağış suyunun binadan axmasına imkan verən drenaj sistemi kimi xidmət göstərir. Günbəzin ən əhəmiyyətli xüsusiyyəti isə diametrin döşəmədən gözə qədər olan hündürlüklə eyni olması və möhtəşəm kürə yaratmasıdır. Elə ona görə də Panteon mühəndislik möcüzəsi kimi sonrakı günbəzli strukturlar üçün nümunə olub və bir çox binanın tikintisində ondan ilhamlanılıb. Bu tikili Mikelancelo da daxil olmaqla çoxsaylı İntibah memarlarının yaradıcılığına təsir göstərib. Panteonun digər bir detalı isə II Viktor Emmanuel və I Umberto kimi kralların və bir sıra mühüm şəxsiyyətlərin məzarının burada yerləşməsidir.

II Viktor Emmanueldən söz açmışkən sizləri elə onun şərəfinə salınmış II Viktor Emmanuel abidəsi ilə tanış etmək yerinə düşər. Neoklassik üslubda inşa edilmiş abidə bu gün şəhərin milli simvollarından biri hesab olunur. Romanın mərkəzi meydanı olan Piazza Venezia ilə qədim Kapitoli təpəsi arasında yerləşən tikili 1885-1935-ci illər arasında inşa edilib və 81 metr hündürlüyə sahibdir. Ağ mərmərlə örtülü bina onu bəzəyən heykəltaraşlıq nümunələri, korinf sütunları, kollonada, əzəmətli eyvanı və 243 pillədən ibarət olan pilləkanı ilə şəhərə xüsusi gözəllik qatır. Buradakı heykəllərin hər biri xüsusi əhəmiyyət kəsb edir. Onlar arasında mərkəzi hissədə II Viktor Emmanuelin, onun alt hissəsində Roma ilahəsinin, binanın hər iki ucunda isə tanrıça Viktoriyanın heykəlləri dayanır. Roma ilahəsi heykəlinin altında isə Birinci Dünya müharibəsində həlak olmuş və itkin düşmüş italyan əsgərlərə həsr olunan Naməlum Əsgər məzarı yerləşir ki, bu məzar hazırda iki əsgər tərəfindən mühafizə olunur. Hər il Qurtuluş Günü, Respublika Günü və Silahlı Qüvvələr Günü kimi mühüm milli bayramlarda İtaliya Prezidenti və yüksək dövlət rəsmiləri məzarın qarşısına dəfnə çələngi qoyaraq onların xatirəsini yad edirlər. Yəni Viittoriano həm də belə milli bayramlara ev sahibliyi edir.

Şəxsi təəssüratlarıma gəldikdə isə, bütün elementləri ilə bu möhtəşəm abidə mənə vahid İtaliya memarlığından daha çox Qədim Roma tikilisi təsiri bağışladı. Zirvəsinə qalxmaq bir az yorucu olsa da, onun düşünülmüş detallarını gözlərimlə görmək mənəvi olaraq gözəl duyğular qazanmağıma səbəb oldu. Bundan əlavə, binanın eyvanından şəhərin gözəlliyinə tamaşa etmək də olduqca zövqlüydü. Binanın qarşısında iki İtaliya bayrağı sancılıb ki, həmin detal Piazza Venezia meydanının cazibəsini xeyli artırır. Burada diqqətimi çəkən əsas məqam isə bayrağın bərabərində eyvana qonan qağayı oldu. Ətrafdakı insanlar bayraqla onun birgə şəklini çəkməyə çalışarkən qağayı qorxub uçmaq yerinə, əksinə, sanki kadrın gözəl alınması üçün məharətlə poz verməyə başladı. Hətta bizlərin kadrı götürə bilmədiyini sezərək bayrağa doğru yeridi və gövdəsini dikləşdirdi. Həmin an bunun bir təsadüf olduğunu düşünsəm də, daxilimi bürüyən marağa görə evə döndükdən sonra çəkdiyim fotonu axtarışa verərək “Pinterest”, “Instagram” kimi sosial media platformlarında eyni məkanda onlarla qağayılı bayraq fotosuna rastladım və onun qağayı yox, məhz “prima donna” olduğunu anladım.

II Viktor abidəsindən sonra ziyarət etdiyim yer isə elə onun kimi mistik auraya sahib olan Trevi fəvvarələri oldu. Üç yolun kəsişməsində yerləşdiyi üçün belə adlandırılan fəvvarə Romadakı ən böyük barokko fəvvarəsidir və şəhərin gözəllik simvolu sayılır. XVII əsrdə salınmış Trevinin gur və təmiz suyu ilə maraqlı heykəlləri bu gün onu dünyada olduqca məşhur bir səyahət nöqtəsinə çevirib. Viittorianodakı kimi buradakı heykəllərin də hər birinin xüsusi mənası var. Bəziləri bolluğu, bəziləri isə sağlamlığı simvolizə edir. Ancaq aralarındakı ən önəmli heykəl Qədim Roma mifologiyasında dəniz və sel tanrısı olan Neptunla bağlıdır. Neptunun iki dəniz atının çəkdiyi arabada ayaqüstə dayanmasının təsvir olunduğu bu heykəl fəvvarənin düz mərkəzində quraşdırılıb. Lakin fikrimcə, Trevi fəvvarəsini məşhurlaşdıran ona gözəllik qatan memarlıq toxunuşlarından daha çox, onun suyu ilə bağlı yayılmış mifik inancdır. Həmin inanca görə, Trevini görməyə gələn şəxs sağ əli ilə sol çiyinindən suya sikkə atmağı bacarsa, o, yenidən Romaya gələcək. Bu şəkildə iki sikkə atmağın sevgi, üç sikkə atmağın isə evlilik və ya boşanma gətirəcəyinə inanılır. Mən də, öz növbəmdə, bir sikkə atdım, amma sol əlimlə sağ çiynimdən…

Trevinin görüntüsü məndə böyük təəssürat yaratdığı üçün gün ərzində ona iki dəfə - günorta və axşam radələrində baş çəkdim. İşıqlarla bəzədilən fəvvarənin axşam görüntüsü sizə böyük bir hüzur bəxş edir. Ancaq sıxlıq həmin hüzuru salisələr içərisində əlinizdən alır. Gün ərzində gəzdiyim məkanlar arasında ən çox sıxlığı məhz Trevinin qarşısında müşahidə elədim. Ziyarətçilər suya sikkə atmaq üçün bir-biri ilə yarışırlar. Görünən odur ki, dünyanın hər yerində insanların ümidə və aldanmağa ehtiyacı var. Bizim bu aldanışlarımız hesabına hər gün bu “saf” sulara üç min avro civarında pul atılır. İl ərzində Trevidən 1,5-2 milyon avroya yaxın pul toplanır. Bəzi şəxslər isə qeyri-qanuni olduğu halda, həmin sikkələri oğurlamağa çalışırlar. Bunu öyrənən mən sual edirəm: Görəsən, oğrular oğurladıqları sikkələrlə birlikdə diləklərimizi də xərcləyirlər? Sizə isə səyahət zamanı daxilinizdə gizlənən diləkləri cücərdəcək bəhanələr tapmağınızı arzu edirəm.

Paylaş

Xəbər lenti

Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib Bu gün, 00:48 Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur" Bu gün, 00:48 Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib Bu gün, 00:48 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Sudan ordusu Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb Dünən, 23:48 Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" Dünən, 23:48 Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır" Dünən, 23:48 Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb Dünən, 23:48 Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb Dünən, 22:48 İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır Dünən, 22:48 Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb Dünən, 22:48 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü Dünən, 21:48 "Qarabağ"dan dramatik qurtuluş: "Neftçi" qələbəni əldən verdi Dünən, 21:48 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir Dünən, 21:48 Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər Dünən, 21:48 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb Dünən, 21:48 Qərbi Azərbaycan həqiqətləri: Ağudi kəndinin tarixi və demoqrafiyası Dünən, 20:48 Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır Dünən, 20:48 "Qarabağ"ın işi çətinləşdi: "Neftçi" hesabı artırdı Dünən, 20:48 700 mindən çox vətəndaşın maaşı arta bilər: Minimum əməkhaqqı ilə bağlı gözlənti Dünən, 20:48 Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb Dünən, 20:48 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb Dünən, 19:48 Gəncədəki raket hücumunun dəhşətli izləri: "Bir gecənin içində beş şəhidimiz oldu" Dünən, 19:48 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib Dünən, 19:48 "Neftçi" "Qarabağ"la oyunda yenidən önə keçdi Dünən, 19:48 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular Dünən, 18:48 "Azərişıq"dan yanlışlıq - Məlumat lövhəsində səhv Dünən, 18:48 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib Dünən, 18:48 Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb Dünən, 18:48 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb Dünən, 17:48 Bakıdakı "The World of Adrenaline" sirk şousunun proqramı açıqlandı Dünən, 17:48 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər Dünən, 17:48 Allahverdi İsrafilov: "Əsas hədəf azərbaycanlı artistləri dünyada tanıtmaqdır" Dünən, 17:48 Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq? Dünən, 17:48 Baba Vanqanın 2026-cı il noyabr proqnozu gündəm oldu: Bəşəriyyət yadplanetlilərlə qarşılaşacaq? Dünən, 16:48 Prezident Valeh Ələsgərovu təltif etdi Dünən, 16:48 Hadrutda Azərbaycanın ən yaxşı energetikləri müəyyənləşdi Dünən, 16:48 Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır Dünən, 16:48 Şuşa döyüşünün iştirakçısı: Məktəbli qızın məktubda qalib gələcəyinizə inanırıq deməsi əlavə motivasiya idi – müsahibə Dünən, 15:48 Bakı metrosundan istifadə edən sərnişinlərin sayı bu qədər azaldı Dünən, 15:48 Moskva hava limanlarında 370-dən çox uçuş təxirə salındı Dünən, 15:48 Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq Dünən, 15:48 Ukrayna Silahlı Qüvvələrindəki xarici muzdluların sayı açıqlandı Dünən, 15:48 Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim" Dünən, 15:48 Bakıda keçirilən NATO təlimi başa çatıb Dünən, 14:48 Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır? Dünən, 14:48 İbrahim Tatlısesin model gəlininin evini su basdı Dünən, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR