
Somalidə partlayış olub, ölən və yaralananlar var.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, insident nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlər arasında keçmiş yüksək rütbəli yerli hüquq-mühafizə orqanının əməkdaşı olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumatlar dəqiqləşdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.