
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “RT" telekanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb.
"AVESTA.AZ” “TASS”-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya FTX yayıb. Məlumatda bildirilib ki, "iyulun 14-də Moskva və Ryazan vilayətində kəşfiyyat aparan "Paraqraf-88" - neonasist qruplaşmasının üzvləri saxlanılıb".
İddia olunub ki, həmin şəxslər Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə hərəkət ediblər. “Onlar hər qətlə görə 1,5 milyon rubl mükafat alacaqlarını təsdiqləyiblər", - deyə FTX-nin yaydığı məlumatda bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.