
Bu gecə paytaxt Bakıda daha bir yol qəzası baş verib.
“AVESTA.AZ”un məlumatına görə, Xətai rayonu ərazisində iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Ələsgərova Samirə Ələsgər qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.