
Ağstafa şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1949-cu il təvəllüdlü Raya Abdullayevanı avtomobil vurub.
Ağır xəsarətlər alan qadın xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.