
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Yandex Go” şirkəti ilə rəqəmsal tətbiqlərin təşviqi imkanları müzakirə edib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tviter hesabında yazıb.
Onun sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici KOB-ların biznesləri rəqəmsal platformalar vasitəsilə uğurla inkişaf edir.
“Yandex Go” şirkətinin rəsmisi Yevqeniy Şumilov ilə KOBİA-nın müvafiq dəstək mexanizmlərini, rəqəmsal tətbiqlərin təşviqi imkanlarını müzakirə etdik”, - deyə O.Məmmədov qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.