23-07-2023, 20:15 758

Goranboyda beynəlxalq arxeoloji ekspedisiya tədqiqatlar aparır

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Fransa Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi tədqiqatların aparılmasına dair anlaşma memorandumuna əsasən, Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlara başlanılıb.

"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində Azərbaycan alimləri ilə yanaşı, Fransa və İtaliyanın bir neçə elmi mərkəzindən olan mütəxəssislər iştirak edir.

Tarix üzrə fəlsəfə doktorları, arxeoloqlar Müzəffər Hüseynov, Bəxtiyar Cəlilov və onların fransalı həmkarı Culio Palumbinin rəhbərlik etdiyi beynəlxalq arxeoloji ekspedisiyanın apardığı qazıntıların ilkin nəticələrinə görə, Qaraçinar abidəsi İlk Tunc, Orta tunc, Antik və Orta əsrlər dövrlərini əhatə etməkdədir.

Əldə edilən maddi mədəniyyət nümunələri və mədəni təbəqə yatımının xüsusiyyətlərinə əsasən abidənin əsas hissəsi Erkən Tunc dövrünə aid edilir.

Arxeoloji qazıntılar zamanı abidənin İlk Tunc dövrü, Kür-Araz mədəniyyəti təbəqəsindən zəngin maddi mədəniyyət nümunələri ilə yanaşı, çiy kərpicdən dairəvi və dördkünc formada inşa olunan tikili qalıqları da aşkar edilib. İlkin tədqiqatlar göstərir ki, Qaraçinar qədim yaşayış yeri Kür-Araz mədəni təbəqəsinin qalınlığı baxımından Cənubi Qafqaz ərazisində qeydə alınan ən böyük abidələrdən biridir.

Yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı Kür-Araz mədəniyyətinin mənşəyi və inkişaf dinamikası haqqında yeni fikirlər söyləmək mümkün olmuşdur.

2023-ci ildə aparılan arxeoloji qazıntılar zamanı abidənin erkən tunc dövrünə aid mədəni qatlarından zəngin maddi mədəniyyət nümunələri-saxsı qab nümunələri, əsasən əkinçilik təsərüfatında istifadə olunan daş əmək alətləri, obsidian və çaxmaqdaşıdan hazırlanmış ox ucluqları, oraq dişləri və kəsici alətlər aşkar edilib.

Buradan əldə edilmiş sümükdən hazırlanmış iynə və bizlərə əsasən abidənin qədim sakinlərinin təsərrüfat və məişətində sümükişləmənin yüksək səviyyədə olduğunu söyləyə bilərik.

Qaraçinar qədim yaşayış yerində aparılan arxeoloji qazıntılarda iştirak etmək üçün İtaliyadan dəvət olunmuş topoqraf mütəxəssis tərəfindən abidənin geniş topoplanı və qazıntı sahəsinin 3D görüntüləri də hazırlanıb.

Abidədə aparılan tədqiqatlar zamanı müasir elmin tələblərinə uyğun metod və üsullardan istifadə edilib, fotoqrammetrik çəkilişlər aparılıb və beynəlxalq laboratoriyalarda analiz etmək üçün müxtəlif artefaktlardan nümunələr götürülüb.

Abidənin əhəmiyyəti nəzərə alınaraq burada arxeoloji işlərin gələcək illərdə də davam etdirilməsi qərara alınıb.

Paylaş

Xəbər lenti

Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib Bu gün, 11:48 Pakistanın Baş naziri 8 Noyabrı Azərbaycan xalqının cəsarətinin tarixi sübutu hesab edir Bu gün, 11:48 8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü Bu gün, 11:48 Kamran Əliyev və prokurorluğun rəhbər heyəti Zəfər Tağını ziyarət edib Bu gün, 11:48 Rəşad Nəbiyev: Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının təntənəsidir Bu gün, 11:48 Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır" Bu gün, 11:48 Bakıda 166 saylı avtobus tüstülədi - Sərnişinlər yolda qaldı Bu gün, 11:48 Dağlara qar yağdı - Faktiki hava Bu gün, 11:48 Şəmkirdə avtomobil ağaca çırpılıb: Ölən və xəsarət alanlar var Bu gün, 10:48 Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar Bu gün, 10:48 Pərviz Şahbazov: Böyük güclərin müqaviməti fonunda qazanılan Zəfər dünyada yeni presedent yaradıb Bu gün, 10:48 Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq Bu gün, 10:48 Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı Bu gün, 10:48 Zəfər Günü münasibətilə Rustavidə Heydər Əliyevin abidəsi ziyarət olunub Bu gün, 10:48 Allahşükür Paşazadə və digər dini konfessiyaların nümayəndələri Zəfər Tağını ziyarət ediblər Bu gün, 10:48 Polşada bu səbəbdən iki günlük matəm elan edildi Bu gün, 09:48 "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək Bu gün, 09:48 Elvin Hüseynov Life FM-də: Zəfərin görünməyən tərəfi Bu gün, 09:48 Mikayıl Cabbarov: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırıb Bu gün, 09:48 Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı Bu gün, 09:48 Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət ediblər Bu gün, 09:48 Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar Bu gün, 09:48 Qızılın qiyməti oktyabrda son 18 ilin ən kəskin aylıq enişini yaşayıb Bu gün, 09:48 Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib Bu gün, 08:48 Şahbuzun dağ kəndlərinə qar yağır Bu gün, 08:48 XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir Bu gün, 08:48 Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 08:48 Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür Bu gün, 08:48 "Haber Global": 44 gündə yazılan dastan Bu gün, 00:48 Şuşanın azad olunmasından altı il ötür Bu gün, 00:48 Azərbaycanın Zəfər Günündən 6 il ötür Bu gün, 00:48 Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır Bu gün, 00:48 Ərdoğan Trampla telefonla danışdı: İran-ABŞ gərginliyi müzakirə olundu Dünən, 23:48 Husilər Səudiyyə Ərəbistanındakı hava limanına və neft obyektlərinə zərbə endirdiklərini iddia edirlər Dünən, 23:48 "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub Dünən, 23:48 Yuxusuzluq arıqlamağa mane olurmuş… - Həkim açıqladı Dünən, 23:48 Polşada silahlı hücum: Ölənlərin sayı 5-ə çatdı Dünən, 22:48 Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib Dünən, 22:48 Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib Dünən, 22:48 Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub Dünən, 22:48 Türkiyədə TIR mikroavtobusla toqquşdu: 7 nəfər öldü Dünən, 22:48 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 21:48 Ağdaşda II Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib Dünən, 21:48 Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib Dünən, 21:48 Bakıda döyüş açılışı növü üzrə yarışlar keçirilib Dünən, 20:48 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Britaniya səfiri: Naxçıvan regional bağlantıların gücləndirilməsi baxımından böyük potensiala malikdir Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR