
"Sabah"ın futbolçusu Boyan Letiç komandanın tarixinə düşüb.
"AVESTA.AZ"un məlumatına görə, bosniya və herseqovinalı müdafiəçi Bakı klubunun avrokuboklardakı ilk qolunun müəllifi olub.
31 yaşlı oyunçu bunu Latviyada RFŞ-ə qarşı keçirdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında fərqlənməklə bacarıb.
22-ci dəqiqədə rəqib qapısına yol tapan Letiç hesabı açıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.