
Yeni mövsümün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" sonuncu yoxlama oyununu keçirib.
"AVESTA.AZ"un məlumatına görə, "gənclik şəhəri" təmsilçisi qardaş ölkə çempionatının I Liqasında çıxış edən "Ərzurumspor"la qarşılaşıb.
"Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
"Sumqayıt"ın hər üç qolunun müəllifi yeni transferi Erik Sorqa olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.