
Şri-Lanka Nüvə sınaqlarının hərtərəfli qadağası haqqında Müqaviləni ratifikasiya edərək bu sənədin tamhüquqlu iştirakçısına çevrilib.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə ada dövlətinin Xarici İşlər Nazirliyinin press-relizində bildirilib.
“Şri-Lanka nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin ratifikasiya sənədini 25 iyul 2023-cü il tarixində BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında BMT-nin Hüquq Məsələləri İdarəsinə təqdim edərək nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqaviləni ratifikasiya edən 178-ci dövlət oldu. Ratifikasiya sənədinin saxlanca verilməsi Şri-Lankanın statusunu müqaviləni imzalayan dövlətdən tamhüquqlu üzv statusuna yüksəldir”, - nazirlikdən vurğulayıblar.
Şri-Lanka hökuməti nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin ratifikasiyası təklifini iyunun əvvəlində təsdiqləyib. Xarici işlər naziri Əli Səbri o zaman bildirmişdi ki, bu müqavilənin təşkili dünyanı nüvə təhlükələrindən qorumaqda həlledici rol oynayır. Səbrinin sözlərinə görə, Şri-Lanka nüvə silahının yayılmaması və tərksilahın güclü tərəfdarıdır və münaqişə və zorakılıqdan uzaq qlobal nizamın tərəfdarıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.