
Estoniya, Latviya, Litva və Polşanın xarici işlər nazirləri Belarus Prezidenti Aleksandr Lukaşenkonu beynəlxalq hüququn pozulmasına görə yeni sanksiyalarla hədələyiblər.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Polşa Xarici İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb.
Diplomatlar qeyd ediblər ki, Belarusun hərbi cinayətlərə və təcavüzə şərik olması regionda sabitliyin pozulmasına gətirib çıxarıb.
XİN başçıları 2022-ci ilin fevral ayından etibarən Lukaşenkonun Ukraynaya qarşı müharibədə Rusiyanı birbaşa dəstəklədiyini vurğulayıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.