10-08-2023, 17:42 467

“Environmental Protection First” Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin bəyanatını pisləyib - YENİLƏNİB - TAM MƏTN

Azərbaycanda QHT-lərin yaratdığı “Environmental Protection First” Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin Azərbaycanla sərhəddə yerləşən Arazdəyəndə inşa edilən metallurgiya zavoduna reaksiyasını pisləyib.

“Report” bəyanatın tam mətnini təqdim edir:

“Biz, bu günlərdə təsis edilmiş “Environmental Protection First” Koalisiyası olaraq, Ermənistan Respublikasının Ətraf Mühit Nazirliyinin Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar (Ararat) rayonunun Arazdəyən (Yerasx) ərazisində tikilməkdə olan metallurgiya zavodu ilə bağlı yaydığı cavab bəyanatını qınayırıq.

Bu irimiqyaslı metallurgiya zavodunun tikintisi beynəlxalq səviyyədə qəbul edilmiş standartlara və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasının (Espo Konvensiyasının) tələblərinə açıq şəkildə məhəl qoymur. Espo Konvensiyasi ekoloji problemlərin milli sərhədlərdən kənardakı ərazilərə də təsir etdiyini qəbul edir və birdən çox ölkənin təsirləndiyi müəyyən vəziyyətlər üçün beynəlxalq dialoqun vacibliyini vurğulayır. Azərbaycan tərəfi ilə qarşılıqlı razılaşma olmadan sərhəd boyu ərazidə belə bir obyektin tikintisi transsərhəd situasiyalarda ətraf mühitə təsirin qiymətləndirilməsinə yönəlmiş 1991-ci il Espo Konvensiyasının tələblərinin açıq şəkildə pozulması deməkdir. Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı ratifikasiya ediblər. Espo Konvensiyasının təlimatlarına uyğun olaraq, tikinti ilə bağlı Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi tikinti olan əraziyə yaxın olan Azərbaycan ərazisində yaşayan sakinlərin, eləcə də eko-fəalların rəyi nəzərə alınmaqla, Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırılmalıdır.

Belə bir böyük zavodun tikintisi nəticəsində transsərhəd kontekstdə yaranan ətraf mühitə müdaxilə ilə bağlı Ermənistan Azərbaycanın heç bir qurumu və ya təsirə məruz qalan əhali ilə kommunikasiya qurmayıb. Məşhur ekoloq Garrett Hardin qeyd edirdi ki, bütün su axarlarının çirklənmə təhlükəsi var, ümumi torpaqlardan istifadə hüququnun qanunlara əsasən idarəolunması və aidiyyəti şəxslərin təmkinli şəkildə qarşılıqlı razılaşma əldə etməsi vacibdir. Əks halda, bu, “hamı üçün faciə”yə çevriləcək.

Ermənistan tərəfinin cavabı əməkdaşlığı inkar etmək, Espo Konvensiyasının tələblərini pozmaq və mövzudan yayınmaqdır. Ermənistan tikinti ilə bağlı dialoq və qərar qəbuletmə proseslərində fəal iştirak etmək, zərərin həcmini ölçmək və potensial həllərin müəyyən edilməsi üçün beynəlxalq QHT-lər və region ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrini (Azərbaycan və Gürcüstandan olan QHT-lər də daxil olmaqla) cəlb etməli, eləcə də texniki ekspertiza, monitorinq və qiymətləndirmə aparmaq üçün əlverişli mühit yaratmalıdır.

Espo Konvensiyasının 3.1 və 3.7-ci maddələrinə, eləcə də həmin Konvensiyanın I Əlavəsinin 4-cü bəndinə istinad edərək, Azərbaycan tərəfi rəsmi olaraq Ermənistandan Arazdəyəndə (Yerasx) həyata keçirilən fəaliyyətlərdən irəli gələn mənfi transsərhəd təsirlərə dair hərtərəfli məlumat tələb edib. Bu məlumatın verilməsi Ermənistanın beynəlxalq öhdəliyidir. Azərbaycan tərəfinin guya Arazdəyəni (Yerasxı) atəşə tutması ilə bağlı Ermənistanın cavabında irəli sürülən əsassız ittihamlar tamamilə yalandır və qəbuledilməzdir. Biz ekoloji fəlakətlə bağlı dərin narahatlıqlarımızı dilə gətirsək də, Ermənistan bunu bilərəkdən siyasiləşdirir və mövzudan yayınmağa çalışır. Bu cür təxribatlar ekoloji pozuntular üçün kamuflyaj ola bilməz.
Ermənistanın rəsmi qurumları məlumatları təqdim etmək əvəzinə, media vasitəsilə mümkün təsirlərin minimal olacağını ilə bağlı inandırmağa çalışırlar. Təəssüf ki, bu mövqe Espo Konvensiyasının tələblərinə ziddir.
Tərəfimizdən aparılan ilkin təhlil onu göstərir ki, Ermənistanda fəaliyyət göstərən mədən sənayesi müəssisələrinin torpaq, havanın keyfiyyəti, səth və yeraltı suların vəziyyəti, eləcə də flora və fauna ilə bağlı Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədləri ictimaiyyət üçün tam şəkildə açıqlanmır.
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (EITI) 2022-ci ildə Ermənistanla bağlı hesabatda da vurğulanır ki, ölkədəki bəzi mədən şirkətləri 2020-2021-ci illər üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərini hazırlamayıblar və ictimaiyyətə təqdim etməyiblər.
Qeyd olunan halları və Ermənistanın mədən sənayesinin illər ərzində Azərbaycanın ekoloji mühitinə zərərli təsirindən yaranan ictimai narazılığı nəzərə alaraq, Koalisiyamız Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin tam açıqlanmasını gözləyir. ƏMTQ hesabatlarının tam mətnləri ictimaiyyətə açıqlanmalıdır. Ermənistan bu mühüm ekoloji qeydləri gizlətməməli və bu barədə hüquqi öhdəliyini unutmamalıdır.

Biz Ermənistanın mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətləri Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərini öz rəsmi internet səhifələrində dərhal dərc etməyə və beləliklə, bu məlumatları ictimaiyyətə açıqlamağa çağırırıq. Məlumat almaq hüququ demokratiyanın və qanunun aliliyinin vacib elementidir. Məlumatı gizlətmək insan hüquqlarının pozulmasıdır.

Ermənistandan təsirə məruz qalan icmaların bu zavodların fəaliyyəti haqqında məlumat əldə etməsinə və qərarların qəbulu proseslərində iştirakına imkan yaratmaq, eləcə də ətraf mühitə dəyən zərərin aradan qaldırılması ilə bağlı həll yollarına dair zəmanət verməklə, öhdəliklərini yerinə yetirməsi tələb olunur.

Birləşmiş Millətlər Təşkilatının “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri” hasilat sənayesi də daxil olmaqla, biznesdə məsuliyyətli davranışı təşviq etmək üçün mühüm çərçivə təmin edir. Bu prinsiplər şirkətlərin insan hüquqlarına riayət etmələri, ətraf mühitə mənfi təsirlərin qarşısının alınması və təsirə məruz qalmış icmalarla şəffaf, inklüziv şəkildə əlaqə saxlamaları zərurətini vurğulayır. Biz Arazdəyəndə (Yerasx) metallurgiya zavodunun tikintisi ilə məşğul olan bütün maraqlı tərəfləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa çağırırıq”.

12:27

Azərbaycanın QHT qrupunun yaratdığı “Environmental Protection First” Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin Azərbaycanla sərhəddə yerləşən Arazdəyəndə inşa edilən metallurgiya zavoduna reaksiyasını pisləyib.

"Report" xəbər verir ki, bu barədə koalisiyanın bəyanatında deyilir.

“Biz Ermənistanda dağ-mədən sənayesi ilə məşğul olan həm yerli, həm də xarici şirkətləri ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərini və bununla bağlı məlumatları ictimaiyyətə açıq etmək üçün dərhal öz rəsmi internet saytlarında dərc etməyə çağırırıq. Məlumat almaq hüququ demokratiyanın və qanunun aliliyinin vacib elementidir. Məlumatı gizlətmək insan hüquqlarının pozulmasıdır”, - bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistan bu məsələnin təsir göstərdiyi şəxslərə zavodun fəaliyyəti haqqında məlumat ala bilmələri, qərarların qəbulu proseslərində və ətraf mühitə dəyəcək hər hansı zərərin aradan qaldırılması zamanı iştiraklarını təmin etmək öhdəliklərini yerinə yetirməyə borcludur.

“Environmental Protection First” Koalisiyası hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) prinsiplərinə əsasən, şirkətlərin insan hüquqlarına hörmət etməsi, ətraf mühitə mənfi təsirlərin qarşısını alması zəruridir: “Biz Arazdəyəndə (Yerasx) metallurgiya zavodunun tikintisində iştirak edən bütün maraqlı tərəfləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa və bunları istehsalat təcrübələrində tətbiq etməyə çağırırıq”.

Paylaş

Xəbər lenti

Hava ilə bağlı XƏBƏRDARLIQ - Noyabrın 30-dan dekabrın 2-dək... Bu gün, 18:48 Gecə içki içən sürücülərə xəbərdarlıq - Səhəri cəzalana bilərsiniz Bu gün, 18:48 Leysan yağacaq, bəzi dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ Bu gün, 18:48 Azərbaycanlı şoumenin 2,3 milyon aliment borcu var Bu gün, 18:48 Bəzi magistral yollarda görünüş məsafəsi azalacaq Bu gün, 17:48 Rusiya yanacaq idxalını artırmağı planlaşdırır Bu gün, 17:48 Bakı-Tbilisi qatarlarına bilet satışında hansı yeniliklər gözlənilir? Bu gün, 17:48 Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb Bu gün, 17:48 SEPAH: Hörmüz boğazında daha iki neft tankeri minaya düşüb Bu gün, 17:48 Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər Bu gün, 16:48 Xalq artisti: "Övlada hər zaman nəzarət etməlisən" Bu gün, 16:48 Mərkəzi Asiyadan Hind okeanına: Yeni nəqliyyat qovşağına çevrilən region Bu gün, 16:48 Mağazalarda "Qara cümə" kampaniyaları: Endirim, yoxsa marketinq hiyləsi? Bu gün, 15:48 Taekvondoçularımız Avropa birinciliyində bürünc medal qazanıb Bu gün, 15:48 Dünya bazarında qızılın qiyməti 100 dollardan çox artdı Bu gün, 14:48 Bakıda gənc oğlan küçədə bıçaqlandı Bu gün, 14:48 Dövlət Komissiyası beynəlxalq konfrans iştirakçılarının Qarabağa səfərinə dair videoçarx yayımlayıb Bu gün, 14:48 İkinci INMerge İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib Bu gün, 14:48 Siyazəndə su kanalına düşən azyaşlı ilə bağlı açıqlama Bu gün, 13:48 Gəncədə köşkdə meyiti tapılan şəxsin kimliyi məlum olub Bu gün, 13:48 Zelenski mövcud cəbhə xətti boyunca atəşkəsə razı olduğunu açıqlayıb Bu gün, 13:48 İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başlayıb Bu gün, 13:48 Muslera 40 yaşında futbolçu karyerasını başa vurub Bu gün, 12:48 "Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir? Bu gün, 12:48 Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq Bu gün, 12:48 Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib Bu gün, 12:48 Qaraçuxur poliklinikasında rentgen cihazı işləmir Bu gün, 11:48 Bu rayonda fərdi yaşayış evləri TƏMİR OLUNACAQ - Nazirlik 1 milyon ayırdı Bu gün, 11:48 Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub Bu gün, 11:48 Məktəbin həyətindəki 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş Bu gün, 11:48 Dünya bazarında neftin qiyməti aşağı düşüb Bu gün, 10:48 FIFA sülh mükafatını ləğv edə bilər Bu gün, 10:48 Feyza Civelek yeni serialda rol alacaq Bu gün, 10:48 "Beach Boys" qrupunun qurucularından Mayk Lav 85 yaşında vəfat edib Bu gün, 10:48 Bakı-Sumqayıt yolunda daha bir YENİLİK Bu gün, 09:48 İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib Bu gün, 09:48 Gəncədə köşkdən kişi meyiti tapıldı Bu gün, 09:48 Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb Bu gün, 00:48 Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür Bu gün, 00:48 İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr Dünən, 23:48 Zelenski mediaya məhdudiyyət qoydu Dünən, 23:48 Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır Dünən, 23:48 Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək Dünən, 23:48 Bakıda bəzi ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi Dünən, 23:48 Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub Dünən, 22:48 Bakıda stilist doğuşdan sonra vəfat etdi Dünən, 22:48 Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb Dünən, 22:48 Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR