
Çinin şimal-şərqində yerləşən Hebey əyalətində leysan yağışları nəticəsində baş vermiş daşqınlar səbəbindən 29 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunub ki, təbii fəlakət nəticəsində 16 nəfər itkin düşüb. Xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Bundan əvvəl əyalətdə doqquz nəfərin öldüyü və altı nəfərin itkin düşdüyü bildirilirdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.