11-08-2023, 19:26 635

Ədliyyə Nazirliyinin idarəçilik mexanizmləri təkmilləşdirilir, bir sıra rəhbər vəzifələrə təyinatlar olub

Ədliyyə Nazirliyinin idarəçilik mexanizmləri təkmilləşdirilir, bir sıra rəhbər vəzifələrə təyinatlar olub.

Bu barədə "Report"a Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ədliyyə sahəsində aparılan islahatlar çərçivəsində Ədliyyə Nazirliyi Aparatının yeni strukturu təsdiq olunub: "Belə ki, ədliyyə nazirinin əmri ilə nazirliyin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinə Cavid Hüseynov təyin edilib. C.Hüseynov 2000-ci ildə ədliyyə orqanlarında işə başlayıb, sonradan Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri olub, II dərəcəli dövlət müşaviridir. Məhkəmə-Hüquq Şurasının və nazirliyin Kollegiyasının üzvüdür. C.Hüseynov Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətinə görə orden və medallarla təltif olunub. Eyni zamanda ədliyyə nazirinin digər əmri ilə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsinə hakimlik təcrübəsi və əvvəllər də bu qurumda çalışması nəzərə alınaraq III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Qasımov təyin edilib. E.Qasımov nazirliyin aparatında müxtəlif məsul vəzifələrdə işləyib, sonradan nazirlikdə baş idarə rəisi vəzifəsində çalışıb. Bundan başqa, Ədliyyə Nazirliyinin bir sıra yerli icra və probasiya, həmçinin qeydiyyat qurumlarında da rəhbər vəzifələrə təyinat aparılıb".

A.Sabitova həmçinin bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında müasir düşüncəli və hazırlıqlı gənclərin qulluğa qəbuluna xüsusi önəm verilir: "Bununla bağlı seçim prosesi fasiləsiz aparılaraq davamlı müsabiqələr keçirilir və qulluğa qəbul olunmuş gənc ədliyyə işçilərinin hərtərəfli peşəkar inkişaflarına daim diqqət yetirilir. Növbəti bir qrup namizədlərlə keçirilmiş sonuncu imtahandan uğur qazanmış 60-dan çox hüquqşünasla hazırda müsabiqənin növbəti mərhələsinin keçirilməsinə başlanılacaq. Penitensiar Xidmətdə də kadr işinin təşkili yeni çağırışlara uyğun təkmilləşdirilir. Xidmətin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında zəruri peşə keyfiyyətlərinə malik işçilərlə komplektləşdirilməsi məqsədilə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin də üzvü olduğu qulluğa qəbul üzrə Müsabiqə komissiyasının genişləndirilmiş yeni tərkibi təsdiqlənib".

Paylaş

Xəbər lenti

İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı? Bu gün, 17:48 Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb Bu gün, 17:48 Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub Bu gün, 17:48 Azərbaycanda Süni İntellekt Rəsədxanası yaradılır Bu gün, 17:48 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü Bu gün, 17:48 Azərbaycanda nitrat norması 4 dəfədən çox olan kartof satıldığı iddia edilir Bu gün, 17:48 Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq Bu gün, 17:48 Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atılıb Bu gün, 16:49 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib Bu gün, 16:49 Telefondan istifadə edən sürücülər CƏRİMƏLƏNƏCƏK - Bu qədər Bu gün, 16:48 Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 16:48 ADY yeni rayonlararası sərnişin qatarları alır Bu gün, 16:48 AMEA alimləri Pezeşkiana İranda azərbaycanlıların ana dilində təhsil problemi ilə bağlı müraciət ediblər Bu gün, 16:48 Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub? Bu gün, 16:48 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA Bu gün, 15:48 57 min manatlıq qızıl dələduzluğuna görə həbs edilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Bu gün, 15:48 İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib Bu gün, 15:48 Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var Bu gün, 15:48 İlham Əliyevin sosial media hesablarında Forumda iştirakına dair videoçarx paylaşılıb Bu gün, 15:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi" adlı panel keçiriləcək Bu gün, 15:48 AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! Bu gün, 15:48 Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir Bu gün, 15:48 Yevlaxda yol qəzasında iki nəfər ölüb Bu gün, 15:48 Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK Bu gün, 15:48 Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar Bu gün, 15:48 Azərbaycanda icra başçısı cərimələndi Bu gün, 14:48 Leyla Əliyeva Məhəmməd Əbdülsalam ilə görüşüb Bu gün, 14:48 Hərbi vəzifəlilərin təlim toplanışları başa çatıb Bu gün, 14:48 Azərbaycanda 10 yeni su anbarının tikintisi nəzərdə tutulub Bu gün, 14:48 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu Bu gün, 14:48 Neftçalada qəzada xəsarət alan gənc xəstəxanada ölüb Bu gün, 14:48 Salyanda kişi ana-atasını və arvadını bıçaqlayıb, ölən var Bu gün, 14:48 2027-ci il "Alovlu Keçi" ili olacaq: Bizi nələr gözləyir? - Maraqlı PROQNOZLAR Bu gün, 13:48 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif Bu gün, 13:48 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb Bu gün, 13:48 Həkimdən şok əməl - 49 uşağın bioloji atası olduğu üzə çıxdı Bu gün, 13:48 Apple ekran problemi olan bu modellərini dəyişdirəcək Bu gün, 13:48 Bakıda 48,7 kilometrlik yol təmir olunub Bu gün, 13:48 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat Bu gün, 13:48 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi Bu gün, 13:48 Penitensiar xidmətin yeni rəisi kimdir? - Dosye Bu gün, 13:48 Siyəzəndə 43 yaşlı qadın qətlə yetirilib, qohumu saxlanılıb Bu gün, 13:48 Azərbaycanda kartlarla aylıq nağdsız ödənişlər 9 mlrd. manata yaxınlaşıb Bu gün, 13:48 Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur Bu gün, 12:48 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq Bu gün, 12:48 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR Bu gün, 12:48 Antalyada 4 işçinin ölümünə səbəb olan burulğanın görüntüləri yayıldı Bu gün, 12:48 Aydın Mirzəzadə: "Ermənistan Azərbaycandan üzr istəməlidir" Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR