
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində basketbol meydançasında açılan atəş nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə -nin yerli bürosu məlumat yayıb.
Bildirilib ki, kimliyi bəlli olmayan 5 nəfər basketbol meydançasında toplaşan gənclərə atəş açıb. Yaralananlardan 2-si olay yerində, digəri xəstəxanada keçinib.
Hadisəni törədənlərin axtarışına başlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.