
Malidə hücum nəticəsində BMT-nin üç sülhməramlısı yaralanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə BMT-nin Malidə sabitləşmə üzrə kompleksli çoxölçülü missiyası (MINUSMA) (keçmiş tviter) məlumat yayıb.
“Bu gün Berdən çıxan MINUSMA-nın konvoyu iki dəfə hücuma uğrayıb. Yaralanan üç sülhməramlı tibbi yardım göstərilməsi üçün Timbuktu şəhərinə təxliyə olunub”, - məlumatda bildirilib.
Xatırladaq ki, BMT-nin Malidəki sülhməramlı missiyası təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq ölkənin şimalındakı Ber şəhərindən planlaşdırılan çıxışını sürətləndirdiyini açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.