15-08-2023, 20:16 814

Hikmət Hacıyev: “Ermənistan sülh danışıqlarını pozmaq üçün növbəti beynəlxalq kampaniyaya başlayıb”

Ermənistan Qarabağdakı separatçı rejimin nümayəndələri ilə birlikdə sülh danışıqlarını pozmaq üçün növbəti beynəlxalq kampaniyaya başlayıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The National Interest”də dərc olunmuş “Ermənistan Cənubi Qafqazda sülhü pozmaq istəyirmi?” adlı məqaləsində deyilir.

Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistan kampaniya aparıb diplomatik oyunlara girmək əvəzinə, Azərbaycanla sülh danışıqları və münasibətlərin normallaşdırılması ilə məşğul olmalıdır.

“30 ildən artıq müddətdə Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin təxminən 20 faizini işğal etmişdi. Orada yaşayan bir milyona yaxın azərbaycanlı öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalmış, öz ölkəsində məcburi köçkünə çevrilmişdi. 2020-ci ildə 44 günlük müharibədən sonra geri qaytarılan torpaqlarda Azərbaycanın mədəni və dini irsi, dövlət mülkləri və şəxsi mülklər misli görünməmiş şəkildə məhv edilib. Elə təkcə vaxtilə regionun ən böyük şəhərlərindən biri olan Ağdam o qədər dağıdılıb ki, indi onu “Qafqazın Hirosiması” adlandırırlar. Görünür, işğalçılar burada Azərbaycanın bütün izlərini məhv etmək istəyiblər”, - H.Hacıyev yazır.

Bütün dünya ölkələri və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımasına baxmayaraq, həmin bu 30 il ərzində erməni siyasətçiləri ya müstəqil etnik erməni ərazisi yaratmaq, ya da işğal etdikləri torpaqları ilhaq etməklə Ermənistana birləşdirmək haqqında xülyalar qurublar.

“Kaş sülhə nail olmaq bu qədər asan olardı. Amma Ermənistan rəhbərliyinin vəziyyəti qarışdırmaq məqsədi ilə apardığı kampaniyalarla vaxtı uzada-uzada sülhdən danışması çox tanış mənzərədir. Ona görə də bu həftə Ermənistanın Qarabağdakı separatçı rejimlə birlikdə sülh danışıqlarını pozmaq üçün növbəti beynəlxalq kampaniyaya başlaması təəccüblü olmadı. Bu separatçı birləşmənin əsas məğzi sərt geosiyasi reallıqlardan yayınaraq fantaziyaları davam etdirməkdir”, - o hesab edir.

Bununla belə, H.Hacıyev qeyd edir ki, ayrı-ayrı yerlərdə reallıq dəyişib və Azərbaycan ölkənin Qarabağ bölgəsində yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya ilə bağlı səmimi və həqiqi dialoqa dəvət edir. Azərbaycan dəfələrlə bəyan edib ki, onların hüquqları, təhlükəsizliyi, eləcə də Qarabağda etnik azlıq kimi vəzifələri Azərbaycan Konstitusiyası ilə təmin olunacaq. Bura, əlbəttə ki, qorunacaq din, dil və bələdiyyə hüquqları daxildir. “Hazırda ən vacib olan odur ki, reinteqrasiya prosesinə bütün qanunsuz hərbi birləşmələrin demobilizasiyası və tərksilahı, Ermənistan silahlı qüvvələrinin qalan hissələrinin tamamilə çıxarılması daxil olmalıdır. Bu cür qruplaşmalara hətta sülh danışıqları zamanı belə davam edən silah axınını dayandırmaq üçün Ermənistanı Xankəndi ilə birləşdirən və Laçından keçən yol bu yaxınlarda qısa müddətə bağlanıb. İndi yol yenidən açılıb”.

Məqalədə qeyd olunur ki, Azərbaycan əlavə, amma daha çox ötürücülüyü olan, gündə 17 mindən çox nəqliyyat vasitəsinin keçə biləcəyi daha qısa yolla regionu özünün qida məhsulları və dərmanla təmin etməsini təklif edib. Bundan əlavə, həm Avropa İttifaqı, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi bu marşrutdan istifadə oluna biləcəyini qəbul edib: “Bununla belə, bərpa olunan dördzolaqlı bu Ağdam-Xankəndi yolu naməlum səbəblərdən Qarabağ separatçıları tərəfindən dəfələrlə rədd edilib, hətta yol onların “rəhbərlər”inin göstərişi ilə beton plitələrlə bağlanılıb da. Rəsmi Bakının Ağdam-Xankəndi yolu ilə tədarüklərin Azərbaycanın deyil, Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilməsi ilə bağlı təklifi də rədd edilib”.

Həmin bu “rəhbərlik” nümayişkaranə şəkildə yük maşınlarını Azərbaycanla sərhədə, Laçın keçid məntəqəsinə düzüb. Özü də Qarabağ ermənilərinin Azərbaycan tərəfindən “etnik təmizləmə” ilə hədələndiyini iddia edirlər.

H.Hacıyevin sözlərinə görə, onların rəhbərliyi bu yalan iddianın “əsaslılığını” gücləndirmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponu “ələ alıb”, o da öz növbəsində, Qarabağın blokada altında olması, sakinlərinin acından ölməsi, soyqırımı törədilməsi barədə əsassız və məsuliyyətsiz hesabat yazıb.

Azərbaycanın qida məhsullarından imtina edən əhalini acından öldürməsi ilə bağlı paradoksal iddianı separatçıların qondarma “lideri” Arayik Arutyunyan irəli sürüb: “Azərbaycan bir əlindən bizi boğmaq, digər əlindən isə bizi yedizdirmək üçün istifadə edir”.

Bu bəyanatı düzgün hüquqi formaya salmaq lazımdır: işğalçı administrasiyası Azərbaycan hökumətinin Azərbaycan bölgəsinə ərzaq və dərman tədarükünü əngəlləyir.

Maraqlıdır ki, Okampo hesabatında heç bir yerdə bu barədə bir kəlmə belə yazmayıb.

Onu da qeyd edək ki, Qarabağın erməni sakinləri əziyyət çəkməkdə davam edir, özü postsovet məkanının ən kasıb ölkələrindən biri olan Ermənistandan gələn yardımlar hesabına yaşamağa məcbur qalırlar. İqtisadi baxımdan bu region Azərbaycanın qalan hissəsindən geri qalıb.

“Hər bir ölkənin ərazi bütövlüyü və suverenliyi toxunulmazdır. Separatizmə seçici yanaşma yolverilməzdir. Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı şifahi bəyanatları sülh müqaviləsində qeyd edilməlidir. Ermənistan həmçinin Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalı və bütün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Başqa yol yoxdur. Azərbaycan artıq sülh yolunda ilk addımlarını atıb. İndi növbə Ermənistanın və onun siyasi rəhbərliyinindir”, - H.Hacıyev fikrini yekunlaşdırıb.

Paylaş

Xəbər lenti

Siyazəndə su kanalına düşən azyaşlı ilə bağlı açıqlama Bu gün, 13:48 Gəncədə köşkdə meyiti tapılan şəxsin kimliyi məlum olub Bu gün, 13:48 Zelenski mövcud cəbhə xətti boyunca atəşkəsə razı olduğunu açıqlayıb Bu gün, 13:48 İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başlayıb Bu gün, 13:48 Muslera 40 yaşında futbolçu karyerasını başa vurub Bu gün, 12:48 "Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir? Bu gün, 12:48 Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq Bu gün, 12:48 Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib Bu gün, 12:48 Qaraçuxur poliklinikasında rentgen cihazı işləmir Bu gün, 11:48 Bu rayonda fərdi yaşayış evləri TƏMİR OLUNACAQ - Nazirlik 1 milyon ayırdı Bu gün, 11:48 Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub Bu gün, 11:48 Məktəbin həyətindəki 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş Bu gün, 11:48 Dünya bazarında neftin qiyməti aşağı düşüb Bu gün, 10:48 FIFA sülh mükafatını ləğv edə bilər Bu gün, 10:48 Feyza Civelek yeni serialda rol alacaq Bu gün, 10:48 "Beach Boys" qrupunun qurucularından Mayk Lav 85 yaşında vəfat edib Bu gün, 10:48 Bakı-Sumqayıt yolunda daha bir YENİLİK Bu gün, 09:48 İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib Bu gün, 09:48 Gəncədə köşkdən kişi meyiti tapıldı Bu gün, 09:48 Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb Bu gün, 00:48 Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür Bu gün, 00:48 İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr Dünən, 23:48 Zelenski mediaya məhdudiyyət qoydu Dünən, 23:48 Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır Dünən, 23:48 Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək Dünən, 23:48 Bakıda bəzi ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi Dünən, 23:48 Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub Dünən, 22:48 Bakıda stilist doğuşdan sonra vəfat etdi Dünən, 22:48 Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb Dünən, 22:48 Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb Dünən, 22:48 Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq? Dünən, 21:48 Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı Dünən, 21:48 Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib Dünən, 21:48 Zelenskidən Krım körpüsünün tamamilə dağıdılması barədə göstəriş Dünən, 21:48 Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər Dünən, 20:48 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" Dünən, 20:48 Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub Dünən, 20:48 İranın "Buşehr" AES-in birinci enerji bloku yenidən şəbəkəyə qoşulub Dünən, 20:48 Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib Dünən, 19:48 Almaniya Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək Dünən, 19:48 İranda SEPAH-la əlaqəli olduğu bildirilən din xadimi güllələnərək öldürüldü Dünən, 19:48 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar Dünən, 18:49 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? Dünən, 18:48 Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib Dünən, 18:48 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı Dünən, 18:48 Belarusun ən titullu klubu aşağı liqaya düşdü Dünən, 18:48 Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir Dünən, 17:48 50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR