Dünən Kür çayının Sabirabad rayonu, Azadkənd kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Abdullayev Əhməd Əkbər oğlunun axtarışları başa çatıb.
Avesta xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ə.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.