
Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit raundunda səfərdə Rumıniyaya qarşı keçirəcəyi oyunun təyinatları müəyyənləşib.
"AVESTA.AZ"un məlumatına görə, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşdə Admir Zahoviç, Aleş Mocnik Periç və Dejan Veselic iş başında olacaq. İtaliyalı Angelo Qalante hakim-inspektor, serbiyalı Zoran Dimiç UEFA nümayəndəsi kimi təyinat alıb.
Qeyd edək ki, sentyabrın 15-də Romeo Lamandidə oynanılacaq matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.