19-08-2023, 18:16 534

Məşhur qlobal şirkət “Neftçi” ilə yenidən müqavilə bağladı

“Procter&Gamble” (P&G) şirkəti “Neftçi” Peşəkar Futbol Klubu ilə sponsorluq barədə saziş imzalayıb. Qarşıdakı 1 il ərzində şirkət “Braun” markasının məhsullarının tanıdılmasında Peşəkar Futbol Klubu ilə əməkdaşlıq edəcək.

“Neftçi” Azərbaycan futbolunun əfsanəsidir və biz çox şadıq ki, bu əfsanəvi klubun uğurları dövrümüzdə də davam edir. P&G olaraq biz bu uğurları müşahidə etməklə kifayətlənmək istəmirik, ona öz töhfəmizi vermək və onun bir hissəsi olmaq istəyirik. Bu il “Procter&Gamble” şirkəti Azərbaycanda 25 illik yubileyini qeyd edir. Bu münasibətlə biz “Neftçi” və 100 ildən artıq tarixə malik olan, innovasiya və yüksək keyfiyyəti, möhtəşəm dizaynı ilə fərqlənən “Braun” markası arasında tərəfdaşlıq müqaviləsi imzalayırıq. Əminik ki, “Braun” məhsullarının istifadəçiləri arasında “Neftçi” azarkeşləri də var və onlar bu iki tarixi brend adını bir yerdə görməyə şad olacaqlar”, – P&G-nin Qafqaz və Orta Asiya respublikaları üzrə baş direktoru İrakli Qabriadze belə deyib.

P&G rəsmisi qeyd edib ki, Azərbaycanda fəaliyyətinin 25 ilində ölkənin iqtisadi həyatında əhəmiyyətli yer tutan şirkət öz məhsulları ilə, demək olar ki, hər bir ailənin də həyatına toxunub. Təmizlik və gigiyena məhsulları istehsal edən P&G həm də sağlam həyat tərzinin təbliğatçısı olub. Böyük sosial layihələrə imza atan şirkət Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıqla 2012-ci ildə London Olimpiya Oyunlarında milli komandanı dəstəkləyib, 2015-ci ildə Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olub, Azərbaycanda fəaliyyətinin 20-ci ildönümü münasibətilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə sazişə imza atıb. “Neftçi ilə isə bu, şirkətin ikinci əməkdaşlığıdır. 2021-ci ildə insanların çətin pandemiyanı yaşadıqları və sağlamlıqları uğrunda mübarizəni keçdikləri bir vaxtda biz “Neftçi” ilə tərəfdaşlığa başladıq və bu tərəfdaşlıqdan böyük məmnunluq duyduq. Tərəfdaşlıq üçün “Braun” markasına gəldikdə, bu marka futbol azarkeşləri arasında böyük nüfuza malikdir və Türkiyə milli komandasının və əfsanəvi İtaliya klubu “Milan”ın da sponsorudur”, – İrakli Qabriadze vurğulayıb.

“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov sosial məsuliyyətinə və idmana dəstəyinə görə P&G şirkətinə təşəkkür edib: “P&G bir dünya brendidir. Daima idmana, xüsusən də futbola göstərdikləri dəstəklə seçiliblər. Bu şirkətlə artıq 3-cü il olacaq ki, əməkdaşlıq edirik. Bu da “Neftçi”yə olan inamın göstəricisidir. Buna qədər “Old Spice” markası ilə tərəfdaş idik. Bundan sonra “Braun” ilə davam edəcəyik. Ümid edirəm ki, hər zaman klublarına dəstək verən şirkətlərin məhsullarına üstünlük verən azarkeşlərimizin seçimlərində bundan sonra da “Braun” ön sırada olacaq”. Klub rəhbəri bu əməkdaşlığın hər iki tərəfə faydalı olacağına inandığını bildirib.

“Procter&Gamble” haqqında

P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head&Shoulders® , Always®, Pantene® , Fairy® , Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard®, Braun®, Old Spice®, Herbal Essences® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.

Paylaş

Xəbər lenti

Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR