
İspaniyada təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində "Neftçi"nin yarımfinal oyunu baş tutub.
"AVESTA.AZ" xəbər verir ki, ABŞ millisi ilə qarşılaşan "ağ-qaralar" matça üstün başlayıb və yekunda rəqibi üzərində 14-17 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Finala gedən yolda Azərbaycan təmsilçisi Çin millisi ilə görüşəcək.
Matç Bakı vaxtı ilə saat 21:55-də baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.