
Braziliyanın “Korintians” futbol klubunun azarkeşlərini aparan avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 36 nəfər yaralanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Folha de S. Paulo” qəzeti məlumat yayıb.
İlkin məlumata görə, avtobusun əyləcləri sıradan çıxıb, nəticədə o, döngədə yamaca dəyərək aşıb.
Faciə ilə əlaqədar “Korintians” klubunun rəhbərliyi və San-Paulu komandasının azarkeşi olan Braziliya prezidenti Luis İnasio Lula da Silva başsağlığı verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.