
ABŞ "AH-64E Apache" helikopterlərinin və digər sistemlərin Polşaya satışına icazə verib.
"AVESTA.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti bəyanat yayıb.
"Polşa hökumətinə təxminən 12 milyard dollar dəyərində "AH-64E Apache" helikopterlərinin və müvafiq avadanlıqların potensial satışını təsdiqləyirik”, - bəyanatda deyilir.
Sənədə görə, Polşa hakimiyyəti əvvəllər ABŞ-dən 96 belə helikopter, eləcə də müxtəlif ehtiyat hissələri istəyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.