22-08-2023, 14:54 546

Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri "AzerTelecom" və "Kazakhtelecom" “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) meqalayihəsinin əsas komponentlərindən biri olan Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin icrası istiqamətində birgə səylərini davam etdirir.

Əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfindən AzerTelecom, Qazaxıstan tərəfindən isə Kazakhtelecom şirkətləri Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi və istismarına cavabdeh olan birgə müəssisə yaradıblar.

Daha əvvəl imzalanmış Səhmdarlar müqaviləsi əsasında "AzerTelecom" şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko və "Kazakhtelecom" şirkətinin Dövlət qurumları ilə biznesin inkişafı üzrə İcraçı direktoru Akimjan Axılbekov şirkətin qeydiyyata alınmasına dair sənədi imzalayıblar. Tərəflər Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisinin həyata keçirilməsi üçün yeni təsis olunan birgə müəssisəyə öz dəstəyini ifadə ediblər.

“Birgə müəssisənin yaradılması tərəflərin Transxəzər kabel sisteminin qurulması istiqamətində atdıqları daha bir mühüm addımdır. Bu addım hər iki şirkətin bu beynəlxalq əhəmiyyətli layihənin icrasına sadiqliyini təsdiqləyir. Birgə müəssisə “Rəqəmsal İpək Yolu” layihəsinin vacib elementi olan, Asiya və Avropa arasında çoxterabitli həcmdə məlumat ötürülməsini təmin edəcək Transxəzər Fiber-Optik Kabel Xəttinin yaradılmasına sərmayə yatıracaq. “Rəqəmsal İpək Yolu” marşrutu biznes mühitinin yaxşılaşdırılmasında, iqtisadi inkişafda və ölkələrin dünya miqyasında mövqelərinin yüksəldilməsində mühüm rol oynayacaq. Bu, regional əməkdaşlıq üçün də yeni imkanlar açacaq”, - deyə "AzerTelecom" şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko bildirib.

Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xəttinin uzunluğu 380 km, məlumat ötürmə qabiliyyəti isə 400 terabit/s-ə qədər təşkil edəcək.

“Bu layihəni regionun ən əhəmiyyətli layihəsi etmək üçün əməkdaşlığımızı daha da gücləndirməyə çalışırıq. Hədəflərimiz, həmçinin Asiyadan Avropaya yayılacaq rəqəmsal xidmətlərin və məhsulların artımını sürətləndirəcək yeni tərəfdaşlıqların qurulmasını da özündə ehtiva edir”, - deyə "Kazakhtelecom" şirkətinin Dövlət qurumları ilə biznesin inkişafı üzrə İcraçı direktoru Akimjan Axılbekov bildirib.

“Rəqəmsal İpək Yolu” layihəsi, ABŞ-da keçirilən Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.

"AzerTelecom" Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. "NEQSOL Holding" 9 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

"Kazakhtelecom" Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir.

Paylaş

Xəbər lenti

"Haber Global" İlham Əliyevin Türküstandakı çıxışına diqqət çəkdi Bu gün, 18:48 Bakıda şagirdlər arasında DAVA: Məsələ rəhbərlik tərəfindən ARAŞDIRILIB Bu gün, 18:48 Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR Bu gün, 18:48 İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib Bu gün, 18:48 Şahin Mustafayev Rusiya hökümətinin sədr müavini ilə ikitərəfli məsələləri müzakirə edib Bu gün, 18:48 Maksimum balı təkcə o topladı Bu gün, 18:48 Sürücülərə XƏBƏRDARLIQ - Bu magistral yol çöküb Bu gün, 18:48 WUF13 üçün onlayn qeydiyyat başa çatıb Bu gün, 18:48 Ukraynanı WUF13-də Aleksey Kuleba təmsil edəcək Bu gün, 17:48 Adil Kərimli: "Hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik" Bu gün, 17:48 Evliliklərinin 10 illiyində bu fotoları paylaşdılar Bu gün, 17:48 Burada maşın saxlamaq da, hərəkət etmək də müşkülə çevrilib - NECƏ OLMALIDIR? Bu gün, 17:48 Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam" Bu gün, 17:48 Bakı-Ələt yolunda körpünün bir hissəsi ÇÖKDÜ Bu gün, 17:48 Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub Bu gün, 17:48 TDT-nin Katibliyinin potensialının artırılmasına dair qərar qəbul edilib Bu gün, 17:48 IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib Bu gün, 17:48 Ərdoğan Türk dövlətlərini yüksək texnologiyalar və süni intellekt sahəsində əməkdaşlığa çağırıb Bu gün, 16:48 İlham Əliyev: Rəqəmsal inkişaf sahəsində Türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir Bu gün, 16:48 İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak edib Bu gün, 16:48 Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır Bu gün, 16:48 Azərbaycanda "Ezamiyyə xərclərinin normaları haqqında" qərar dəyişib Bu gün, 16:48 Ərdoğan Türk dövlətlərini müdafiə sənayesində əməkdaşlığı genişləndirməyə çağırıb Bu gün, 16:48 Bu tarixdən YAĞIŞLAR BAŞLAYIR - XƏBƏRDARLIQ Bu gün, 16:48 Türkiyə Prezidenti: İnkişaf edən Türk dünyası məqsədimizdir Bu gün, 16:48 WUF13 çərçivəsində təşkil olunan mühüm tədbirdə nə müzakirə olunur? Bu gün, 16:48 Ərdoğan: Türkiyə COP31-ə hazırlıq zamanı süni intellektə və rəqəmsallaşmaya üstünlük verir Bu gün, 16:48 Yol polisindən əlverişsiz hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ Bu gün, 16:48 Tramp Çinə təzyiq göstərə bilmədi: Pekin masaya diktə edən tərəf oldu? Bu gün, 16:48 19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb Bu gün, 16:48 Şavkat Mirziyoyev İlham Əliyevə TDT-dəki səmərəli sədrliyinə görə təşəkkür edib Bu gün, 16:48 Qardabanidə baş verən dəhşətli qəzada daha bir azərbaycanlı öldü Bu gün, 16:48 "HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi Bu gün, 15:48 Türküstanda TDT XİN başçılarının görüşü başlayıb Bu gün, 15:48 Növbəti köç karvanları Zəngilan şəhərinə, Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib Bu gün, 15:48 Türküstanda günə damğa vuran kadrlar Bu gün, 15:48 AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi Bu gün, 15:48 Xalq artisti Tünzalə Ağayeva "Xarı bülbül" festivalında çıxış etdi Bu gün, 15:48 Wegovy qadınlarda menopauza zamanı çəki və sağlamlıq dəstəyi Bu gün, 15:48 İlham Əliyev: Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək Bu gün, 15:48 İlham Əliyev: Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir Bu gün, 15:48 İlham Əliyev: İyunda Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək Bu gün, 15:48 Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar Bu gün, 14:48 Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır Bu gün, 14:48 İcra başçısı yeni sektor müdiri təyin etdi Bu gün, 14:48 Keçid ballarının müxtəlif olması məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA Bu gün, 14:48 Bakıda "Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə nazirlərin iclası keçiriləcək Bu gün, 14:48 Azercell "Baku Flames"in texnologiya və innovasiya tərəfdaşıdır Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR