25-08-2023, 02:24 619

BBC: Antarktidada istiləşmə səbəbindən 10 minədək pinqvin balası tələf olub

Antarktidada istiləşmənin yol açdığı buzların parçalanması zamanı 10 000-ə qədər pinqvin balası tələf olub.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə BBC yazıb.

Peykdən qeydə alınmış olay 2022-ci ilin sonunda qitənin qərbində Bellinqshauzen dənizinə baxan ərazidə baş verib.

Pinqvinlərin altındakı buzlar onlar okeanda üzmək üçün lazım olan sukeçirməz lələklərə sahib olmadan öncə əriyib və parçalanıb.

Britaniya Antarktik Xidmətinin (BAX) doktoru Piter Fretvelin sözlərinə görə, balaların bu tələfatı gələcək olayların xəbərçisidir.

İmperator pinqvin koloniyalarının 90 %-dən çoxunun Antarktidada əsrin sonuna qədər, demək olar, yox olacağı proqnozlaşdırılır, çünki qitənin mövsümi dəniz buzları daim istiləşən çevrədə əriyir.

“İmperator pinqvinlərinin ürəmə dövrü dəniz buzundan asılıdır. Balalarını yetişdirmək üçün işlətdikləri sabit platformadır. Ancaq bu buz lazım olduğu qədər qalın deyilsə və ya daha tez parçalanırsa, bu quşlar fəlakətə düçar olacaq”, - Fretvel açıqlayıb.

O ümid edir ki, bəşəriyyət istiləşmənin gətirdiyi karbon emissiyalarını azalda biləcək. Belə ki, araşdırmaçıya görə, əgər bu edilməsə, imperator pinqvinləri yox olmaq ərəfəsində olacaq.

Həmkarları ilə birlikdə Fretvel belə qənaətə gəlib ki, 2018-2022-ci illər arasında 60-dan çox məlum imperator pinqvin koloniyalarının təxminən üçdəbiri dəniz buzunun kiçilməsi sonucunda müəyyən şəkildə zərər çəkib.

Alimlər Bellinqshauzen dənizinin sahilində bu quşların beş koloniyasını müşahidə ediblər: Rotşild adasında, Verdi körfəzində, Smayli adasında, Brayan yarımadasında və Pfroqner burnunda.

Avropa İttifaqının “Sentinel-2” peykləri sayəsində elm adamları pinqvinlərin nəcisləri üzərindən fəaliyyətlərini izləyə biliblər.

BBC qeyd edib ki, cənub yarımkürəsində qış yaxınlaşdıqca yetkin quşlar mart ayı civarında dəniz buzlarının üzərinə tullanır.

Pinqvinlər bir-birinə qulluq edir, cütləşir, yumurta qoyur, bu yumurtaları çıxarır və sonra balalarının dünyaya təkbaşına çıxması vaxtı gələnədək növbəti aylarda balalarını bəsləyirlər. Bu, adətən dekabr-yanvar aylarında baş verir.

Bununla belə, alimlər pinqvin yuvalarının altındakı dəniz buzunun noyabr ayında, yəni minlərlə bala üzgüçülük üçün lazım olan lələkləri almadan öncə dağıldığını qeyd ediblər.

BBC bildirib ki, Antarktidada yay dəniz buzlarının səviyyəsi 2016-cı ildən bəri kəskin şəkildə azalıb və qitə ətrafında suyun donma sahəsi yeni rekord minimuma düşüb.

Son iki yay mövsümündə, 2021–2022 və 2022–2023-cü illərdə, Bellinqshauzen dənizi, demək olar ki, tamamilə buzsuz olub.

Son aylarda buzların yavaş əmələ gəlməsi o deməkdir ki, pinqvin koloniyaları azı bir il nəsil artıra bilməyəcək.

İndi nəsli kəsilməkdə olan heyvanların siyahısına daxil olan Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) imperator pinqvinlərini “Təhlükə altında olan” kimi təsnif edir.

Paylaş

Xəbər lenti

Məşhur aktrisa uşaqlarını götürüb ölkəsini tərk etdi Dünən, 23:48 Abbas Əraqçi Ceyhun Bayramovla görüşüb Dünən, 23:48 Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb Dünən, 23:48 Həmkarı Kadir İnanırın vərəsələrini "Cəsəd yeyən qarğalar" adlandırdı Dünən, 23:48 Dilarənin "Dəli"si Liam Nisonun 32 milyon dollarlıq filmində... Dünən, 23:48 Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq Dünən, 23:48 Azərbaycan Bolqarıstana neft satışını 4.5 dəfədən çox artırıb Dünən, 22:48 İlham Əliyev: Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır Dünən, 22:48 Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib Dünən, 22:48 Sabah bir sira yaşayış məntəqələrində işıq olmayacaq Dünən, 22:48 Ayrı soyadlar ər-arvad münasibətlərinə necə təsir edir? Dünən, 22:48 Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyənlərə bildiriş ünvanlayıb Dünən, 22:48 İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır Dünən, 21:48 Avstriya XİN-də Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 21:48 Tramp, Frederiksen və Nilsen Qrenlandiya üzrə saziş imzalayıblar Dünən, 21:48 Avropanın TOP-5 liqasında mövsümün sürpriz bombardirləri Dünən, 21:48 Deputat: Antiterror əməliyyatı 44 günlük müharibənin məntiqi sonluğu idi Dünən, 21:48 Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb Dünən, 21:48 Politoloq: Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi ədalət bərpa olundu Dünən, 20:48 Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq Dünən, 20:48 Bakıda kirayə mənzillər ən çox bu rayonda bahalaşıb - SİYAHI Dünən, 20:48 SEPAH: Hörmüz boğazında müharibə davam edir Dünən, 20:48 Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir Dünən, 20:48 Məşhur universitetdə yeni yataqxana tikiləcək - 1000 yerlik olacaq Dünən, 19:48 Pərvanə Vəliyeva: "Azərbaycanda dağ-mədən sənayesinin illik maliyyə təsiri 1 milyard manatı ötəcək" Dünən, 19:48 Üç rayonda yeni peşə liseyləri TİKİLƏCƏK Dünən, 19:48 AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır Dünən, 19:48 Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İddia Dünən, 19:48 46 ildir işləyən aktrisa 44 000 lirə pensiyaya etiraz etdi Dünən, 18:48 Bakının hansı küçələrində tıxac var? Dünən, 18:48 "Birliyin Gücü - 2026": Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi təliminin açılışı olub Dünən, 18:48 XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq Dünən, 18:48 Toğrul Xəlilova yüksək vəzifə verildi Dünən, 17:48 Tıxacdan şikayətlənən Xalq artisti: "1 saat 23 dəqiqə tərpənmədən qalmaq..." Dünən, 17:48 Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb Dünən, 17:48 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir Dünən, 17:48 Serdar Ortaç vəsiyyətini açıqladı: Boğaz mənzərəli evini işçilərinə verəcək Dünən, 17:48 Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb Dünən, 17:48 45 yaşlı Adriana Lima bu səbəbdən 25 yaşındakı kimi görünür Dünən, 17:48 Deputat: "Bu zaman Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qura bilər" Dünən, 17:48 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq - Müddəti açıqlandı Dünən, 17:48 16 avtobus marşrutu "Xocəsən" və "Avtovağzal" stansiyalarına yönləndiriləcək Dünən, 17:48 Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? Dünən, 16:48 Bakının bu metrostansiyalarına giriş PULSUZ OLACAQ Dünən, 16:48 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb Dünən, 16:48 "Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur Dünən, 16:48 "Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı Dünən, 16:48 Doğum sayının azalması müzakirə edildi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR