
"Neftçi" klubu Macarıstanda təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsində yarımfinala yüksəlib.
"AVESTA.AZ" xəbər verir ki, təmsilçimiz 1/4 finalda Macarıstanın "Qyor" klubu ilə üz-üzə gəlib.
Bakı klubu əlavə vaxta gedən gərgin oyunun yekununda rəqibini 20:18 hesabı ilə məğlub edib. "Neftçi"nin yarımfinalda rəqibi Macarıstan və Avstriya milliləri arasında keçiriləcək matçda müəyyənləşəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.