
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevə hökm oxunub. Məhkəmənin qərarına əsasən, V.Hacıyevə 12 il müddətində həbs cəzası verilib.
Keçmiş icra başçısının həbsi barədə Modern.az-a danışan yaxın qohumu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hökmdən narazılığının olmadığını bildirib.
“Qanun hamıya aiddir, hamı üçün eynidir. Cinayət törətdiyinə görə, ona həbs cəzası veriblər. Dövlətin əmlakını yeyib dağıtmayaydı, tutulmayaydı. Qanun şahdır, bu cür əməlləri törədən şəxs cəzasız qala bilməz. Ola bilər ki, bu gün kimlərsə dövlət əmlakını yeyib dağıdır, hələ cəzalanmayıb, amma onlar da bilsinlər ki, aqibətləri Vilyam Hacıyevlə eyni olacaq. Kim ki, belə yollara əl atır, elədikləri mütləq bir gün burunlarından gələcək. Xalqın pulunu yeyənin axırı budur. Vilyam Hacıyevin ağlı olardı, dövlətin pulunu yeməzdi, normal işləyərdi, 12 il də azadlığından olmazdı", - partiya sədri deyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.