
Bağdadın şimalında baş verən yol qəzasında əksəriyyəti iranlı zəvvarlar olmaqla ən azı 18 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.
İki mikroavtobusun toqquşması nəticəsində 14-ü İran vətəndaşı olmaqla 18 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Qeyd edilib ki, avtobus Kərbəla şəhərinə gedirdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.