
Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb.
“AVESTA.AZ” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Odişa ştatının mərkəzi Bhubanesvarda qeydə alınıb.
Hadisə zamanı həmçinin onlarla insan yaralanıb. Bununla yanaşı, 8 iribuynuzlu mal-qara tələf olub.
Hindistan Meteorologiya Xidməti vətəndaşları xəbərdar edərək, qeyri-sabit havanın sentyabrın 7-ə qədər davam edəcəyini bildirib.
Leysan səbəbindən 7 bölgədə "narıncı", digər bölgələrdə isə "sarı" həyəcan siqnalı verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.